Söylə hardasan bacı?...

Müəllif: Onun_Mələyi
Şərhlər: 9
Baxılıb: 7 482
Səs ver:
(səs: 2)
Zalım fələk alarkən səni mənnən,
Qopdu əllərim tamamilə sənnən.
Sən doymadın mənnən,məndəki sənnən
Yandı canım söylə hardasan bacı.
Səsləsəmdə sən eşitməzsən məni,
Sənsiz çox sıxır bu həyat məni
Sənli xatirələrdə yıxır məni,
Yandı canım söylə hardasan bacı?
Kaş ki, sən yanımda olardın yenə.
Heç ayrılmazdım, sarılardım sənə.
Sən gülümsəyərək baxardın mənə,
Yandı canım söylə hardasan bacı?
Mələklər isə heç düşünməyib məni,
Bir anda alıb apardılar səni.
Həsrətin yandırdı-bitirdi məni,
Yandı canım söylə hardasan bacı
Çətin günümdə sən vardın yanımda,Bununçün qorxu olmazdı canımda.
İndisə donub damarda qanımda,
Yandı canım söylə hardasan bacı?
Bizi ayrı salan zamandır-zaman,
Sənsiz həyatım da yalandır-yalan.
Bu dünya viran oldu mənə viran,
Yandı canım söylə hardasan bacı
Sənə özüm qurban olum can bacı,
Sən oldun hər zaman başımın tacı.
İndi bu “qərib”in yoxdur əlacı.
Yandı canım söylə hardasan bacı.

Fuad Həsənov
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 7 482
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri