Sementdən çiçək saxsısı hazırlanması qaydası - FOTOLARLA

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 924
Səs ver:
(səs: 0)
Lazım olanlar:

Sement
Vermikulit, ya da qum
Torf mamırı, perlit, çınqıl və ya daşlar (bəzək məqsədli)
Əlcək
Önlük
Kiçik bel
Qayçı
İstədiyiniz şəkil və böyüklükdə plastik qablar
Plastik vedrə
Sukulent
Uzun iti burunlu pinset
Hamarlaşdırmaq üçün xüsusi kağız

Hazırlanması:

Burada göstərilən 6 müxtəlif saxsı etmək üçün, 4 kasa ağ portland sement və 16 kasa vermikulit istifadə etdik.

Sementdən çiçək saxsısı hazırlanması qaydası - FOTOLARLA

Qəlib olaraq, istifadə etmiş olduğunuz qidaların qablarını istifadə edə bilərsiz. Məsələn, dondurma, pendir və qatıq qabları kimi.



Sement tozunu plastik bir vedrədə 1/4 sement, 3/4 vermikulit olacaq şəkildə, əlcəkləriniz istifadə edərək qarışdırın.

Xəmir konsistensiya əldə etmək üçün yavaş-yavaş su əlavə edin. Fıstıq əzməsi konsistensiya olması üçün suyu çox tökmədiyinizdən əmin olun. Materialları bel köməyi ilə qarışdırın.

Sonra qarışığı, saxsı şəklini verəcək o qablara köçürün.



Sonra, bu qabın içərisinə sığacaq daha kiçik bir qab yerləşdirin. Artıq gələn sementləri, plastik qutuya geri tökün.



Şüşəni qabın üzərinə yerləşdirib tərs çevirin.

Bu şəkildə qutu önə doğru hərəkət etdirərək, düz bir şəkil almasını təmin edin.

Ən az 24 saat qurumaqda buraxın.



İstifadə etdiyiniz böyük qəlibi çıxarmaq üçün bir bıçaq istifadə edə bilərsiz.

İçindəki qəlibi çıxarmaq üçün, uzun iynə burunlu pinset işə yarayacaq.



Son olaraq, hamar etmək üçün kağızdan istıfadə edin



Ən azı iki gün gözlədikdən sonra, drenaj yaratmaq üçün alt hissədə dəliklər aça bilərsiz.

Və sukulentiniz yeni evinə qovuşmağa hazırdır!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 924
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri