Köhnə kitabdan gül dibçəyi düzəldək! - foto dərs

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 10 229
Səs ver:
(səs: 8)
Qadınlar.biz evində və ya həyətində dibçəkdə gül yetişdirib qulluq etməyi sevənlər üçün köhnə bir kitabdan necə dibçək düzəldildiyini təqdim edir.

Lazım olan ləvazimatlar:
Köhnə qalın kitab
Dibçək gülləri
Torpaq
Perqament kağızı və ya polietilen paket
Yapışqan
Bıçaq
Xətkeş

Hazırlanması:
Bir gün əvvəldən kitabın aşağı hissəsinin vərəqlərini çöl tərəfdən nazik bir təbəqə şəklində, şəkildə göstərildiyi qaydada yapışdırın. Bu, daha sonra kitabda oyma işləri aparılanda vərəqlərin o yan-bu yana tərpənməməsi üçündür.

Növbəti gün kitabın yapışdırılmamış hissəsini açıq şəkildə qoyun. Xətkeşlə istədiyiniz ölçüdə kvadrat çəkin. Bıçaqla həmin kvadratı oyaraq kitabdan ayırın. Kitab qalın olduğu üçün oyma işini  hissə-hissə aparın. Kitabın içində kvadrat formada deşik açılmış olacaq.

Perqament kağızı və ya polietilen paketi (klyok) deşik hissənin içərisinə sərin. Bu, təbii gülləri suladığınız zaman suyun kitaba keçməsinin qarşısını almaq üçündür.

Əgər kitabınız çox qalındırsa və açdığınız dəlik çox dərin olarsa, paketin üstündən xırda çınqıl daşlar döşəyə bilərsiniz.

Daha sonra torpağı dəliyə tökün və güllərinizi torpağa əkin. Artıq qalan paketi bıçaqla kəsib atın.

Həftədə bir dəfə güllərinizə su çiləyin. Diqqət edin, çox su tökmək güllərinizin köklərini çürüdə bilər. Dibçəkli kitabımızdakı güllərin bol günəş şüası ala bilməsi üçün həyətə və ya evdə günəşli yerlərə qoyulması vacibdir.

 

 

 

 

 

 

 

 

(səs: 8)
Şərhlər: 7
Baxılıb: 10 229
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri