Qırıq güzgü parçalarını atmayın - foto dərs

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 17 133
Səs ver:
(səs: 2)
Güzgünün qırılması ilə bağlı bir çox batil inanclar mövcuddur: "Deyilənə görə, güzgü sınandan sonra insan 7 il müddətində müxtəlif çətinliklərlə qarşılaşır” , " Xalq inanclarında güzgünün sınması və ya çatlaması yaxın bir adamın, dostun, tanışın öləcəyinə və ya bədbəxtliyə işarə kimi qəbul edilir" , "Qırıq güzgünü evdə saxlamaq olmaz, çünki onu bədheybət ruhlar və cinlər qırıb, odur ki, dərhal atmaq lazımdır." və s. saymaqla bitməz.

Qadınlar.biz bu batil inancları bir kənara qoyub, evinizin dekoru üçün qırıq güzgü parçalarından mozaik bir taxta lövhə hazırlamağı təklif edir.

Lazım olan ləvazimatlar:
Taxta lövhə
Taxta çərçivələr
Qırıq güzgü parçaları
Ağ rəng boya və fırça
Çəkic
Xırda mismarlar
Yapışqan

Hazırlanması:
1.Taxta lövhəni ağ boya və fırça vasitəsilə boyayıb, quruması üçün kənara qoyuruq.
2. Quruduqdan sonra lövhənin kənarlarına taxta çərçivələri çəkic və xırda mismarlarla bərkidirik. Qeyd edək ki, çərçivələri qırıq güzgüləri yapışdırdıqdan sonra da lövhəyə bərkitmək olar.
3. Qırıq güzgü parçalarının arxa hissəsinə yapışqan vurub ağ rəngdə rənglədiyimiz taxta lövhəmizə ürəyimiz istədiyi formada və bir-birinə yaxın məsafədə yapışdırırıq.
4. Quruması üçün gözləyirik. Quruduqdan sonra divardan asmaq üçün dəmir asılqanı taxta lövhəyə bərkidirik.
5. Düzəltdiyimiz mozaik güzgü lövhəmizi evdə boş qalmış divarlardan birinə asırıq. Əgər günəş işığı düşən divardan asmaq mümkün olarsa, qırıq güzgüdən hazırladığımız bu mozaik lövhə həm evinizi geniş, həm də işıqlı göstərəcək.

 

 



 

(səs: 2)
Şərhlər: 4
Baxılıb: 17 133
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri