Köhnə əşyalardan belə yararlanın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 9 550
Səs ver:
(səs: 5)
Hər kəsin evində qədimdən qalma əşyalar var. Bunlara qab-qaşıq, nənələrinizdən qalma fincanlar, boşqablar daxildir. Bu əşyalara baxdıqca keçmiş xatirələr, uşaqlıq illəri insanın gözünün qabağında canlanır. Ona görə də atmağa çox vaxt əliniz gəlmir. Bəzəndə insan fikirləşir ki, nə qədər texnika inkişaf eləsə də, yeni dəbdəbəli qablar istehsal olunsa da keçmişin qabların yerini vermir. Nənələrinizdən qalma gümüş qaşıqlar, mis sini qablar çox qiymətlidir. Həm maddi, həm də mənəvi baxımdan onların dəyəri yoxdur.

Əgər sizində atmağa əlinizin gəlmədiyi ailə yadigarı qablarınız varsa, mətbəxinizdə yer tutur və artıq yığmağa yer tapmırsınızsa, o zaman Qadınlar.biz-in təqdim edəcəyi üsullardan yararlana bilərsiniz.

Evinizdəki, qədim çaydanlardan dibçək kimi istifadə edə bilərsiniz. Qədimdən qalma dizaynlı bu cür çaydanların içərinsinə rəngarəng güllər əkərək zövqlü bir görüntü yaradın. Əmin olun ki, evinizə gələn hər kəsi bu tərzinizlə heyran edəcəksiniz. 



Əsas qaydanı unutmayın - gülləri əkməzdən əvvəl mütləq qabların alt hissəsindən deşik açmaq lazımdır ki, onlara qulluq edərkən problem yaranmasın.



Otaqlarınızda da ata bilmədiyiniz qədim fincanlardan dibçək olaraq istifadə edə bilərsiniz. Çalışın ki, fincanların rəngi oatığı rəngi ilə ahəng yaratsın.
Qədimdən qalma istifadə etmədiyiniz fincanları dəyərləndirməyin digər yolu isə onlardan şam qabı kimi istifadə etməkdir. Siz hazır şamları bu qabların içərisinə qoyaraq yaxudda özünüz şam hazırlayaraq istifadə edə bilərsiniz.



Bunun çox sadə üsulu var evdə artıq qalmış şamlarınıza boya qataraq sobada əridin. Əritdiyiniz şamın rənginə uyğun bir fincan seçərək orta hissəsindən ip qoyun və yanlarından əridə-əridə şamları əlavə edin. Ən üst hissəsini isə hamarlayıb səliqəyə salın. Beləliklə istifadə etmədiyiniz şamları və fincanları eyni anda dəyərləndirmiş oldunuz.
Mətbəxinizdə nəsə yenilik etmək istəyirsinzsə bu zaman yenədə keçmişdən qalmaq qaşıq və çəngəllər köməyinzə çata bilər. Bəzənsə mətbəx mebellərinizin dəstəkləri çox açılıb-bağlanması səbəbindən qopur. Onları yeniləmək üçün istifadə etmədiyiniz qaşıqlardan və çəngəllərdən yararlanın. Şəkillərdə gördüyünüz qaydada siz fərqli quruluşda qapı dəstəkləri hazırlaya bilərsinz.

 
 
Bu cür qeyri adı əl işləmələri olan çəngəl və qaşıqları dəyərləndirməyin digər yolu onlardan asılqan kimi istifadə etməkdir. Kreativ görüntü yaradacaq bu əşyalar mətbəxinizdə asılqan olaraq çox işinizə yarayacaq. Mətbəx dəsmallarını asmaq üçün istifadə edə bilərsiniz.



Zər qədrini zərgər bilər deyimi əbəs yerə deyilməyib. Bacaqrıqlı insanlar hətta mətbəx əşyaları ilə belə qadınların ürəyini necə fəth etməyin yolunu tapıblar. Yəqin ki, çox az adam bu cür qabiliyyətə malik olur və belə ideyalar hər insanın ağlına gəlmir. Mətbəx əşyalarından hazırlanan bu aksesuarlar hər kəsi heyran edir.



Bu cür qədim qablardan yararlanmağı digər bir yolu isə onlardan maraqlı çil-çiraqlar və stolüstü lampalar hazırlmaqadır. İstər mətbəxinizdə istərsədə qonaq otağınızda fərqli görüntü yarada bilərsiniz.

(səs: 5)
Şərhlər: 11
Baxılıb: 9 550
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri