Burada kinoya avtomobildə baxırlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 862
Səs ver:
(səs: 1)
ABŞ-ın bir sıra şəhərlərində sürücülər üçün açıq havada yerləşən kinoteatrlər fəaliyyət göstərir.
 
bu cür kinoteatrlardan ən böyüyü Nyu-Yorkda yerləşir. "All-Weather Drive-In of Copiague”adlanan kinoteatrın ərazisində 2500 avtomobil yerləşir. Düzdür, zaman keçdikcə, ənənəvi kinoteatrların artan sayı avtomobillər üçün açıq havada yerləşən kinoteatrların populyarlığı azalıb. Lakin bununla belə hal-hazırda ölkə üzrə onların sayı yalnız 500-ə yaxındır.
 
Başqa sözlə desək, açıq havada olan kinoteatrlar tarixdə öz izini saxlayıb və Amerika mədəniyyətinin məhşur nişanlarından birinə çevrilib.
 
Qeyri-adi kinoteatrların maraqlı tarixçəsi var. Belə ki, hər şey 1933-cü ildə bəzi sürücülərin öz avtomobillərini Nyu Cersi ştatının Kamden şəhərindəki "Crescent” bulvarında yerləşən yeni Park-in kinoteatrlarının qabağında saxlamasından sonra başlayıb. Bu, sürücülər üçün ilk dəfə yaradılmış açıq havada yerləşən kinoteatr idi, lakin buna baxmayaraq termin yalnız bir qədər sonra istifadə edilməyə başlandı. Kino həvəskarı olan Riçard Hollinqshed tərəfindən ənənəvi kinoteatrlarda anasının komfortlu oturacaqlarda oturmaq üçün mübarizəsindən ilham alaraq, açıq havada insanların öz avtomobillərində rahat film seyr etmək ideyası meydana gəlib. Qısa müddət sonra bu cür kinoteatrlar bütün ölkə ərazisində fəaliyyətə başlayıb.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 862
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri