Təbiətin, həyatın yenidən canlanması yazın gəlişilə başlanır. Azərbaycan
xalqı bunu təntənəli bayramı Novruzla qeyd edir. Evlərdə ana və bacılar
toplaşıb biri-birindən ləzzətli milli şirniyyatlarımızı bişirir,
süfrələri min bir ləziz cərəz və təamlarla bəzəyirlər.
Əsrlərdir
bolluq və məhsuldarlıq rəmzi olan yumurta hələ də Novruz süfrələrinin ən
çox sevilən dekorudur. Yumurta boyama sənəti bu bayramın ən maraqlı
adətlərindəndir. Həm böyük, həm uşaqlar üçün maraqlı olan yumurta boyama
sənəti fantaziyadan asılı olaraq möhtəşəm ideyalar yaradır. Bu gün
onları fərqli naxış, ornament və materiallardan istifadə edərək
bəzəyirlər.
Sulu boya, sirkə, qalka, ipək və müxtəlif əşyalarla
məzəli, al-əlvan yumurtalar hazırlamaq mümkündür. Yumurtanın üzərini
müxtəlif gül-çiçək motivləri ilə, həndəsi və nəbati naxışlarla, muncuq
və saplarla, uşaqlarınızın sevdiyi çizgi filmi qəhrəmanlarının,
komikslərin obrazı ilə rəngləyə bilərsiniz. Oxucularımıza bayram qabağı
ideya zənginliyi yaratmaq məqsədilə aşağıda seçdiyimiz 30 fərqli yumurta
bəzəmə şəklini ev şəraitində hazırlanmasını təklif edirik. Uşaqları bu
məşğuliyyətə cəlb etməyi unutmayın!