DOSTLUQ QOLBAĞINI özün toxu - VİDEO

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 4 515
Səs ver:
(səs: 2)
İplərdən toxunmuş qolbaqların tarixi Şimali Amerika hinduları ilə bağlıdır. Hindular bu qolbaqları dostluq rəmzi sayır, və qolbağı hədiyyə etdikləri şəxslə qardaş sayılırdılar. Toxunma qolbaqlar Hippie hərəkatının üzvləri tərəfindən istifadə olunduqdan sonra daha da yayıldı. Bu qolbaq vasitəsilə özlərini «rənglərin övladları» sayan hippilər öz daxili dünyalarını ifadə edirdi. Bundan əlavə, hippilər bəzən nişan üzüklərini də bu qolbaqlarla əvəz edirdilər.

Geniş məlumat əldə etdikdən sonra, gələk toxunma texnikasına. Dostluq qolbağını toxumaq üçün sizə ilk öncə muline sapları, zövqünüzə uyğun sxem, bacarıqlı əllər və son olaraq texnikanı öyrənmək üçün azca səbr lazım olacaq.

Sxem seçərkən unutmayın ki, hər bir rəngin öz mənası var:

qırmızı – sevgi, ehtiras, bağlılıq, qan, alov və enerji
çəhrayı – sevgi, zəriflik, saflıq, uşaqlıq və xəyalpərəstlik
sarı – günəş, sədaqət, dəlisovluq, yay və gözəllik
yaşıl – gənclik, təbiət, ümid, harmoniya, əbədilik, həyat və sevgi axtarışı
firuzə rəngi – qüssə, ölmüş ümidlər
mavi – dostluq, rahatlıq, harmoniya, səma, ruh, ümid, su, ağıl, və sonsuzluq
göy – sakitlik, rahatlıq, yeniliklərə açıqlıq, harmoniya, səma, sonsuzluq, paklıq, dostpərəslik
bənövşəyi – xəyallar, kamillik, orijinallıq, fantaziya, ekstravaqantlıq və dostluq
boz – sadəlik, kədər, tənhalıq və azadlıq
qara – kədər, tənhalıq, zülmət, ölüm, hünər və müstəqllik
bəyaz – paklıq, azadlıq, həqiqət, yol, həyat, mərhəmət, işıq, inam, başlanğıc və müstəqillik deməkdir.

P.S-Bu videonu sizlər üçün yerləşdirdim bu məqaləyə.Daha aydın öyrənmək üçün.Sizi bilmirəm mən bu brasletləri çox sevirəm.Tənbəllik etməyənələr üçün çox asand gələcək.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 515
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri