İordaniya kralı II Abdullahın xanımı olan Raniya dünyanın ən gözəl kraliçası hesab edilir. Kralla ailə həyatı qurmamışdan əvvəl bank işçisi olan Raniya həyatından olduqca razıdır. Kraliça 4 övladı, geyimi, davranışı və qərbsayağı fikirləri ilə daim medianın diqqət mərkəzindədir. O, həm də İordaniya silahlı qüvvələrinin polkovniki rütbəsini daşıyır. Dəblə geyinməyi xoşlayan Raniyanın sevimli modelyerləri Elie Saab və Corc Armanidir. Onun gündəlik geyimi cins şalvar, köynək və dikdaban ayaqqabılardan ibarətdir. 40 yaşlı kraliça çadradan istifadə etməsə də, ölkəsində bunu normal qarşılayırlar. Onun səyləri nəticəsində İordaniyada qızların təhsil alması, geyim tərzində də müəyyən dəyişikliklər olub. Məşhur teleaparıcı Opra Uinfrinin tok-şousunda qonaq olarkən, Raniya çadra geyinməməsini belə izah etmişdi: "Gəlin, qadınların başlarının çölündə yox, içərisində nə olduğuna görə müzakirə edək”.