Fotoqraf Sendi Ford yeni doğulmuş körpələrin fotolarını çəkir. O, artıq bir neçə dəfə bu layihəsini həyata keçirib.
Sendi Ford foto layihəsi barədə bunları deyir: "Mən hardasa oxumuşdum ki, dünyada iki tip insan var: körpənin o gülüşünü tuta bilənlər və bilməyənlər. Şəxsən mən düşünürəm ki, yeni doğulmuş körpənin gülüşünü tutmaq ən böyük uğurdur”.
Sendi Fordun körpələrin gülüşünü əks etdirən həmin foto layihəsinə daxil olan fotoları təqdim edirik. Bu şəkillərə baxanda hətta daş ürəkli insanın belə üzündə təbəssüm yaranacaq mütləq.