XX əsrin ən dəhşətli oyuncaqları – fotolar

Müəllif: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1282
Paylaş:
Səs ver:
(səs: 2)
Əslində oyuncaqlar uşaqları xoşbəxt etmək üçün yaradılsa da, bəzi istehsalçılar bunu unudaraq qəribə və təhlükəli oyuncaqlar istehsal ediblər.

1.Pnevatik blaster
"WHAM-O” şirkəti tərəfindən 1965-ci ildə istehsal edilən bu oyuncaq təxminən 9 metr uzaqlığa konfet atır. Alıcılar tərəfindən narazılığa səbəb olan oyuncaq tezliklə satışdan çıxarılıb. Oyuncağın təhlükəli tərəfi isə bununla uşaqların bir-birinin qulaq, göz və burunlarına ciddi zədə yetirmələridir.

2. "Gənc fizik” dəsti
1951-ci ildə Alfred Gilbert şirkəti "The Gilbert U-238 Atomic Energy Lab” adlı oyuncaq istehsal edib. Tərkibində radioaktiv maddələr olan bu oyuncaq uşaqların sağlamlığı üçün ən çox təhlükə yaradan oyuncaqlardan hesab olunur. Oyuncağın qiyməti həmin vaxtla 49,5 dollar, indiki pulla təxminən 300 dollar ekvivalentindədir.

3. Tullanmaq üçün ayaqqabılar
70-ci illərdə istehsal olunan bu oyuncaq da tərkibində olan ağır metallara görə  uşaqların ayaqları üçün çox təhlükəli hesab olunur.

4. "Dəhşətli həşərat” dəsti
1964-cü ildə satışa çıxarılan bu dəst uşaqların böyük marağına səbəb olub. Uşaqlar həşərat qəliblərini doldurur, 300 dərəcəyə qədər qızdırır və onun qurumasını gözləyirdilər. Üzərində "toksiki maddələrdən istifadə olunmayıb” yazılsa da, çoxsaylı zəhərlənmə və allergiyalara səbəb olub.

5. Qabarcıqlar
"Wham-O” şirkəti 70-ci illərdə uşaqlar üçün hava ilə şişən qabarcıqları istehsal edib. Uşaqlar boruya üfürür və havada qabarcıqlar alınırdı. Polivinil asetatdan hazırlanan borular isə uşaqları üçün böyük təhlükə yaradıb.

6. Oyuncaq mətbəx dəsti
60-cı illərdə satışa oyuncaq mətbəx dəsti çıxarılıb. Oyuncağın təhlükəli olmasına səbəb isə onun 600 dərəcəyə qədər qızması olub. O zaman evlərdəki mətbəx sobalarının maksimum temperaturu 550 dərəcə idi.

7. Mizraqlar
Bunlar öz dövrünün ən məşhur və ən təhlükəli oyuncaqları hesab olunur. Bu oyuncağa görə 6000-ə yaxın uşaq xəstəxanaya yerləşdirilib. Onlardan bəziləri şikəst qalıblar. Oyuncaq qadağan olunana qədər 3 uşaq həyatını itirib, 1 yaşlı qız komaya düşüb.

8. Səma rəqqasəsi
Bu gəlincik mühərriklə hərəkətə gəlir və qanadlarını açır. Oyuncağın təhlükəli olması ilə bağlı 2000-ci ildə 280 şikayət daxil olub. Bu uşaqların gözlərinin ətrafında halqalar yaranıb, dişləri tökülüb, onlar ağır sarsıntı keçiriblər, hətta bir müddət huşlarını itiriblər.

9. Alətlər dəsti
Bu usta alətlərinin miniatür dəstidir. 60-cı illərdə mağazalarda satışa çıxarılıb. Oyuncaqların plastik materialdan hazırlandığı görünsə də, əslində metaldan hazırlanıb.

10.  "Johnny Seven One Man Army” avtomatı
1964-cü ildə istehsal olunan bu oyuncaq həmin dövrün ən çox satılan uşaq oyuncağı idi. Zirehli gülləatanla təchiz olunan oyuncaq çox təhlükəli idi və əsasən oğlan uşaqlarının marağına səbəb olurdu.

 

 

 

 

 

 

 

 

 


loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 1282
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv