Bu heyvanları gözlə görmək mümkün deyil - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 9 182
Səs ver:
(səs: 2)
Təbiətin bəxş etdiyi möcüzələr haqqında nə qədər istəsən yazmaq olar. Tanrının bəxş etdiyi gözəllikləri izləmək insana böyük zövq verir. Qeyri adi təbiət mənzərələri, çaylar, göllər, dağlar, meşələr haqqında dəflələrlə yazılıb və deyilib. Bu cür qeyri adi hadisələr və mənzərələr insanı özünə valeh edir.

Bu canlılar yaşadıqları yerə o qədər uyğunlaşıblar ki, dayandıqları yerdən onları fərqləndirmək mümkün deyil. Bu qabiliyyət onları kənar təsirlərdən qorumağa xidmət edir. 



Bu canlılardan bir "Çobanaldadan” quşudur. Bu canlılar qonduqları ağacdan fərqlənmir. Onu ağacdan fərləndirmək üçün diqqətlə baxmaq lazımdır. Çobanaldadanlar fəsiləsinə aid olan bu quşların uzunluğu 26 sm, qanadları açıldıqda uzunluğu 55 sm çatır. Bu quşlar əsasən Avropada və Asiyada yayılıb, quraq və qumluq ərazilərdə yaşayır.



Çoxları orxideya gülünü çox sevir. Bəs bu güldən fərqlənməyən gözəl rəngləri ilə göz oxşayan orxideya dəvədəlləyini tanıyırsız? Bu həşərat rəngləri ilə orxideyadan seçilmir. Elə bu xüsusiyyətinə görə 1839 cu ildə bu adı qazanıb.



Diğər bir dəvədəlləyi növü isə yaşıl yarpaqları özünə məskən seçib.Yarpaqların yaşıl rəngini öz dəri rənginə həkk edən bu canlı yarpaqlar üzərində inanılmaz bir görüntü yaradır.



Qeyri adi görünüşü ilə digər balıqlardan seçilən "Xallı Senddab” gözlərinizə inanamayacağınzı bir gözəlliyə sahibdir. Onu dayandığı məkandan fərləndirmək çox çətindir.



Yarpaqlardan fərqləndirə bilməyəcəyiniz bu kəpənək növü Cənub şərqi Asiyada geniş yayılıb. Bu yarpaq kəpənəkləri qonduqları bitkilərin yarpaq rənglərindən aslı olaraq öz rənglərini dəyişərək, açıq yaşıl, sarı, qəhvəyi rəngləri ala bilirlər.



Gekonlarda yaşadıqları mühitə görə rənglərini dəyişən canlılardandır. Kələzlər də adlandırılan bu canlılar pulcuqlular fəsiləsiə aiddir. Əsasəsən ABŞ-da Cənubi Avropada və Serbiyada yayılıb.



Yarapaqlar üzərində nəzərə çarpmayan daha bir canlı "Yarpaq Cırcırama”sıdır. Bu canlılarda yarpaq kəpənəyi kimi çox çətinlikılə seçilir.
Qurbağaların da rənginin dəyişdiyini bilirdiniz? Bəli qurbağalarda yaşadıqları yerin mühitinə uyğunlaşdığı kimi rənginədə uyğunlaşa bilirlər. Hətta ağacın üzərində gəzərkən belə onları ağacdan ayırmaq mümkün deyil.


(səs: 2)
Şərhlər: 10
Baxılıb: 9 182
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri