Dünyanın ən nadir - FOTOLARI

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 693
Səs ver:
(səs: 5)
Maraqlı fotolar bizə yalnız keçmişi xatırlatmır. Onlar həm də ötən əsrlərdən indiki nəsillərə "xəbər”, "informasiya” çatdırır. Elə şəkillər var ki, onlar bir anı əks etdirsələr də, əslində tarixdirlər, ilkdirlər, birinci hadisələr, unikal görüntülərdir.
 
1989-cu il Rumıniya tarixinə diktator Nikolay Çauşeskinin devrilməsi kimi düşdü.
Onun arvadı hər həftə saçlarını düzəltdirmək üçün Parisə uçurdu. Qadının itinin şəxsi avtomobili vardı. Çauşeskinin özünün 21 sarayı və 40 villası vardı.
Xalq isə aclıq çəkirdi. Dekabrın 25-də onu güllələdilər. Bu foto diktatorun həyatının son anlarını əks etdirir.
 
Radioya qulaq asmaq, xəbərləri və ya musiqiləri dinləmək indi hamımız üçün asandır. Sən demə bir zamanlar radioşlyapalar varmış… 1931-ci ildə ABŞ-da çəkilmiş bu fotoda bəzi amerikalıların radionu öz şlyapalarında gəzdirmələri əks olunur.
 
Fotoda gördüyünüz beş kişinin əyləşdiyi, üzərinə "Vacuum Cleaner” sözləri yazılmış qara avtomobil dünyanın ilk tozsoranıdır. Foto ötən əsrin 20-ci illərində çəkilib. 
 
Boz bulanıq fotoda gördüyümüz gənc oğlan dünyanın ilk selfisini çəkib. Bu, Robert Korneliusdur. O, şelfini Filadelfiyada, 1839-cu  ildə çəkib.
 
Fotoda gördüyümüz böyük "xizək” əslində qarmobildir. Qarmobili rusiyalı aviakonstruktor, filosof və alim 1910-cu ildə İqor İvanoviç Sikorskiy icad edib.
 
Əlində blanka oxşayan vərəqlər tutmuş Artur Uin 1913-cü ilin 21 dekabrında "New York World” qəzetində dünyanın ilk krossvordunu hazırlamaqla tarixə düşüb.
 
1931-ci ildə Moskvada (Arbatda) çəkilmiş boz-bulanıq fotoda bir neçə şəxsin yük maşınına çənlər yüklədiyi görünür. Bu, SSRİ-dəki ilk benzindoldurma məntəqəsi idi.
 
Dənizdə foto çəkdirən okeanoloq alim Stanislav Kurilov SSRİ-dən ən uzaq – 100 kilometrlərlə məsafəyə qaçışı ilə məşhurlaşdı. O, 1974-cü ilin soyuq dekabrında (ayın 13-də) sərnişin gəmisindən Sakit okeana tullanaraq yüzlərlə kilometr uzaqda olan Filippin adası Siarqoya qaçdı. Əvvəldən qaçış planını hazırlamış Stanislav Kurilob okeanda batmamaq üçün özü ilə xüsusi avadanlıqlar götürmüşdü. O, Sakit okeanını 3 günə ac və susuz keçirmişdi. 
 
İndi mənzillərimizi zəngli saatsız təsəvvür etmək mümkün deyil. Bu, ən azı mobil telefonlarımızda var. Lakin zəngli saatların olmadığı 1900-cü illərdə Böyük Britaniyada yatanları onların pəncərələrini döyməklə oyadırdılar. 
 
İkinci Dünya Müharibəsi illərində fransızlar almanların əlinə küçməməsi üçün "Mona Liza”nın məşhur fotosunun yerini 5 dəfə dəyişmişdilər. Bu foto növbəti  yerdəyişmələrdən biridir. 
 
Küçədə qeyri-adi formada yol gedən xanımlar "Bertram Mills Circus”un sirk reklamını nümayiş etdirirlər. Hamını şoka salan bu olay 1953-cü ildə Böyük Britaniyada olmuşdu.

 

 

 

 

 

 

 

 

(səs: 5)
Şərhlər: 9
Baxılıb: 2 693
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri