Oyuncaq
maşınlar və tapançalar gəlinciklər uşaqların ən çox sevdiyi
oyuncaqlardır. Elə bir uşaq tapılmaz ki, özünün ən qayğısız illərini
bunlarla keçirməsin. Amma oyuncaqlarla, gəlinciklərlə maraqlanan təkcə
uşaqlar deyil. Belələri arasında böyüklər, məşhur satirik hekayədə
deyildiyi kimi saqqalı "uşaqlar” da var. Hətta elə böyüklər ki, onlar
xarici görkəmlərini dəyişərək, "barbi”lərə, canlı gəlinciklərə
çevriliblər.
55
yaşlı Sara Berci "bioniki qadın” adlandırırlar. O, yüzlərlə plastik
əməliyyata girərək və 3 milyon dollar xərcləyərək həmişə sevdiyi Barbiyə
bənzəməyə nail olub.
Braziliyalı
Rodriqa Alves Kena adlı oyuncağa çevrilmək üçün 15 plastiki əməliyyat
keçirib. İngiltərədə keçirilmiş bu əməliyyatlardan təkcə 10-u 100 min
funt sterlinqə başa gəlib.
Rusiyadan olan, oyuncaq qız adlandırılan 16 yaşlı Lolita Riçinin insan olmasına inanmaq çətindir.
Kelso
Santibanes də 45 min dollar xərcləyərək özünü Kena oyuncağına oxşatdı.
Telekanallara çıxan Kelso 15 min dollar pul qazandı.
Ukraynalı
Alina Kovalevskaya da gəlinciyə çeilmiş insanlardandır. O,
saysız-hesabsız plastiki əməliyyatlara girərək özünü Barbiyə bənzətdi.
Daha
bir canlı oyuncaq Castin Cedlikdir. On minlərlə dollar pul xərcləyib
kosmetik prosedurlardan və əməliyyatlardan keçmiş bu şəxsin yeganə
arzusu plasik oyuncaq kimi görünmək olub.
Gəlincik insanlardan ən məşhuru Valeriya Lukyanovadır. Ukraynalı model təkcə bir plastik əməliyyatda döşlərini 2 dəfə böyüdüb.
Maurisio Qaldi – braziliyadan olan bu 27 yaşlı gəlincik insan Kenaya oxşamaq üçün 8 plastiki əməliyyatdan keçib.
Dakota Rouz isə internetdə Kotakoti psevdonimi ilə məşhurdur. "Youtube”da şəxsi bloqu olan bu qızın 25 yaşı var.
Vinus Palermo da bu yaxınlarda məşhur olub. Yapon musiqisini ifa edən Vinus canlı oyuncaq adlanır.
Vanillo Şamyu 30 plasiki əməliyyatda 130 min dollar pulundan keçməli olub. Bu işdə ona bir neçə istedadlı cərrah kömək edib.
İngiltərədən
olan Laurai Li özünün sevimli Barbisinə oxşamaq arzusuna çatıb. 24
yaşlı gəlincik qız hər gün təkcə makiyajına 4 saat vaxt ayırır.
Anastasiya
Şpaqina Ukraynada bərbər-stilist kimi çalışır. "Animasiya qız” ləqəbli
Anastasiya hər gün vaxtının saat yarımını özünün bəzənməsinə həsr edir.
Moskvadan
olan Anjelika Kenova isə könüllü yox, valideynlərinin istəyi ilə
gəlincik insana çevrilib. 6 yaşında anasının ona Barbi oyuncaqları
aldığını deyən qız açıq-saçıq fotosessiyalarda çəkilir.
Blondi
Bennet də Barbi-insandır. Çoxsaylı plastiki əməliyyatlardan keçmiş qadın
bu sözü ilə məşhurdur: - "Mən beyinsiz olmaq istəyirəm”.