Baxışlar hər şeyi deyir - Nifrət, qorxu, çarəsizlik... - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 726
Səs ver:
(səs: 4)
Bu insanların fotoları dünyanın müxtəlif ölkələrində və müxtəlif illərdə çəkilib. Amma onları birləşdirən ortaq məqam baxışların insanlara az qala hər şeyi izah etməsidir.

Məsumluq: "Mavi gözlü uşaq” adlı bu foto fotoqraf Vanessa Bristov tərəfindən çəkilib. Foto dərc edildikdən sonra bir çoxları Bristovun "Photoshop” hiyləsi işlətdiyini bildiriblər. Lakin fotoqraf bu iddialara uşağın digər fotolarını da paylaşaraq cavab verib.
 

 
Şok: İtaliyalı hərbçi Antonio Metruccio Əfqanıstanda 72 saat davam edən bir qarşıdurmadan sonra sanki başqa bir insana çevrilib (2010).
 

 
Ehtiyat: 1972-ci ildə anadan olan Şarbat Gulanun fotosu 1985-ci ildə "National Geographic” jurnalının üz səhifəsində dərc olunub. Bundan sonra məşhurlaşan Gula puştun mənşəli Əfqanıstan vətəndaşıdır (1984).
 

 
Rahatlıq: Ürək nəqli sahəsində elmi fəaliyyəti ilə tanınan polşalı həkim və siyasətçi Zbignev Reliqa 23 saat davam edən uğurlu əməliyyatdan sonra istirahət edir. Köməkçisi isə bir küncdə yatıb. (1984).
 

 
Dəlilik: II Dünya Müharibəsində səngərdə döyüşdən sonra şoka girən bir əsgər (1916).
 

 
Nifrət: Adolf Hitlerin ən yaxın silahdaşlarından olan Göbbels onu fotosunu çəkən Alfred Eysenstaedtin bir yəhudi olduğunu bilənə kimi gülümsəyir. Foto da məhz Göbbels gerçəyi öyrəndiyi anda çəkilib (1933).
 

 
Çarəsizlik: Varşavadakı bir səkiyə uzanan və aclıqdan ölmək üzrə olan qadın (1941).
 

 
Təslim: 1941-ci ildə Ukraynanın Vinnitsa bölgəsi və ətrafındakı 28 min yəhudi nasistlər tərəfindən öldürülərək kütləvi məzarlara doldurulur. Bu foto bir alman zabitinin şəxsi albomundan götürülüb (1941).
 

 
Məğlubiyyət: Sovet əsgəri Stalinqrad döyüşlərində əsir aldığı alman əsgərini əsirlərin yanına aparır (1943).
 

 
Qorxu: 15 yaşında bir alman əsgəri 3 aprel 1945-ci il tarixində ABŞ-ın 9-cu ordusu tərəfindən əsir alınır. Henkenin atası 1938, anası isə 1944-cü ildə ölüb, özü isə həyatda qala bilmək üçün orduya qatılıb (1945).
 

 
Yorğunluq: 1945-ci ildə Almaniyada müttəfiq qüvvələri tərəfindən bir alman əsir düşərgəsindən azad edilən amerikalı əsgər. Uzanan əsgər əsirliyin bütün yorğunluğunu üzərindən atmaq istəyir.
 
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 5 726
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri