Göydələnlər şəhərinə səyahət - FOTOLAR

Müəllif: my_angel
Şərhlər: 8
Baxılıb: 5 824
Səs ver:
(səs: 1)
Dubay - Birləşmiş Ərəb Əmirliyinin ən böyük şəhəridir.

Fars körfəzi sahillərində yerləşən bu şəhərin uzunluğu 147 km, eni 35 km-dir. 

Dubay - Yaxın Şərqin ən böyük ticarət, maliyyə və turizm mərkəzidir. Şəhərin inkişaf tempi Şanxayla müqayisə edilir. Dubayda iki dəniz limanı, iki böyük beynəlxalq hava limanı və geniş avtobus şəbəkəsi var. 

9 sentyabr 2009 -cu ildə Dubay Metropoliteni açıldıb, 2012-ci ildən isə su tramvayı fəaliyyət göstərir. 

Bürc Xəlifə - 2008 - ci ildən dünyada mövcud olan ən yüksək binadır. Göydələn rəsmi olaraq 4 yanvar 2010-cu ildə açılıb. Onun hündürlüyü 828 metr mərtəbə sayı isə 163-dür. Bürc Əl Ərəb - yelkən formasındadır və dünyanın ən lüks mehmanxanalarından biri hesab edilir. 

Dubay Fəvvarəsi - Bürc Xəlifə yanında yerləşən musiqili fəvvarədir. O, dünyanın ən böyük və yüksək fəvvarələrindən biri sayılır. Hündürlüyü 150 metrə qədər çatır. The World - Birləşmiş Ərəb Əmirlikləri sahillərində tikilən Yer kürəsi qitələri şəklində arxipelaqdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 8
Baxılıb: 5 824
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri