”Cosmos:
A Spacetime Odyssey” məşhur sənədli filmlər seriyası sayəsində biz
kosmos haqqında bir-birindən maraqlı məlumatlar alırıq. Bu məlumatlar
hərdən o qədər inanılmaz olur ki, onları oxuduqda və ya izlədikdə
ağzımız heyrətdən açıq qalır.
1. Kainat üçün bəşəriyyət yeni doğulmuş körpə kimidir
Kainatın
formalaşdığı təxmini zaman ilə bəşəriyyətin formalaşdığı zamanı
müqayisə etdikdə bəşər tarixinin o qədər də qədim olmadığını, tam əksinə
gənc olduğunu görürük. Bir sözlə, kainat üçün biz olduqca yeniyik.
2. Günəş sistemində Yerdən başqa yağış yağan digər məkan
Saturnun
peyki olan Titan’da, eynilə Dünyadakı kimi çaylar, göllər və sahil
zolaqları mövcuddur. Üstəlik burada yağış da yağır. Lakin bu yağışlar
Yerdəki yağışlarla eyni deyil. Titanda yağışlar metan və etandan
yaranır. Dünyada bu elementlər qazı yaratdığı halda, Titanda isə maye
halındadırlar. Bura o qədər soyuqdur ki, su ancaq buz kütləsi halında
mövcuddur.
3. Quyruqlu ulduzların quyruğunun sirri
Quyruqlu
ulduz dediyimiz şey əslində kainatda azad şəkildə dolaşan meteordur.
Günəş sisteminə daxil olan və Günəşin cazibə qüvvəsinə tuş gələn
meteorun Günəşə yaxınlaşdıqca buzu əriyir və üzərindəki qaz və tozlar
ondan aralanaraq, arxasınca sürünür. Beləliklə də, möhtəşəm görüntü
yaranır. Baxacağımız ən yaxın quyruqlu ulduz hadisəsi isə 2061-ci ildə
baş verəcək.
4. Göy üzündə gördüyünüz ulduz işıqlarının çoxu "ruh”dur
İşıq
sürəti məsələsinə heç girmirik. Bu onsuz da hamımızın bildiyi kimi,
kainatdakı demək olar ki, ən sürətli şeydir. Göy üzündə görmüş olduğunuz
ulduzların işıqları bizə çatana qədər, işığın möhtəşəm sürətinə
baxmayaraq, bəziləri artıq çoxdan yox olmuş olur. Əslində göy üzünə
baxanda bir növ keçmişi izləyirsiniz. Bu səbəbdən də, teleskopa zaman
maşını da deyilir! Bax, bu bir az qorxunc səslənir.
5. Hamımız ulduz tozuyuq
Rənglərin
formalaşması şüaların dalğa uzunluqları ilə bağlıdır. Amma, rənglərdə
daha böyük bir sirr var. Spektr xətləri, yəni rənglərin prizmadan
keçiriləndə içində görünən barkoda oxşayan xətlər, işığın hansı atomu
saxladığı barədə bizə məlumatlar ötürür. Beləliklə də, uzaqdan gələn
şüaların tədqiqi ilə planetlərin atom molekullarının nədən ibarət olduğu
müəyyənləşdirilib. Bütün kainat eyni elementlərdən ibarətdir. Yəni hər
birimiz ulduz tozuyuz. Əla səslənmirmi?
6. Əslində bir-birimizə heç vaxt tam mənada toxuna bilmirik
Yəqin
ki, bu məlumat sizdə çaşqınlıq yaratdı. Atomların ətrafında nüvəsini
qoruyan güc sahələri, yəni elektron buludlar var. İki atom nüvəsi heç
vaxt bir-birinə toxuna bilmir. Yaxınlaşır, lakin görünməz güc sahələri
bir-birini itələyir. Sadəcə toxunma hissi yaranır.
7. Dünyanın yaşı qurğuşun ilə hesablanıb
Əlbəttə,
işlədilən qurğuşundan deyil, qurğuşun elementindən bəhs edirik. Başdan
başlayaq: Yerin yaşını hesablamaq üçün Dünyanın quruluşundan bəri var
olan bir şey tapmalıydıq. Ancaq bu mümkün deyildi və ya heç vaxt əmin
olmaq olmurdu. Elə isə bunun üçün ən uyğun şey meteor hesab edildi. Bir
Meteor təhlil olunsa və nə qədər müddət mövcud olduğu hesablansa,
kainatın yaşı da müəyyən edilə bilərdi. Ancaq bir problem var ki,
elementlərin atomları zaman ərzində dəyişir və başqa bir elementə
çevrilirdi. Tək bir element istisna olmaqla – qurğuşun. Beləliklə də,
Meteor içindəki Qurğuşun miqdarı hesablanaraq, Dünyanın yaşı da
hesablanıb.
8. Günəş Yeri Udacaq!
Qorxdunuzmu?!
O zaman rahatlaşın, çünki bu təxminən bir milyard il sonra baş verəcək.
Günəş "ölməmişdən” dərhal əvvəl öz ölçünün yüz dəfə artığı qədər
şişəcək. Bəlkə də o vaxta qədər bəşəriyyət başqa qalaktikalarda həyat
tapar.
9. Aya gedən insan sayından daha az insanın gəldiyi yer
Okeanların
altında tamamilə başqa bir dünya var: sıra dağlar və yarğanlar.
Dünyanın ən dərin yeri hesab edilən Mariana Çökəkliyinə gedən insan
sayı, Aya gedənlərdən daha azdır. 11.000 metrdən artıq dərinlikdən
söhbət getdiyini unutmayın. Təkcə Göy üzü deyil, Yerin altı da sirr
olaraq qalır.
10. Kainatda bizim planetimiz bir toz dənəciyidir
Planetimiz
kainatın nəhəngliyi ilə müqayisədə bir toz dənəsindən də kiçikdir.
Bütün bu müharibələr, ölkələr, mədəniyyətlər, lovğalıqlar, sevgi və
nifrətlər – hamısı bu kiçik toz dənəsi daxilində baş verdi! İndi hər kəs
papağını qabağına qoymalı və nəhəng kainatdakı toz dənəsində sahib
olduğumuz yeganə şeyin insanlıq hissi olduğunu dərk etməlidir. Hamımız
kainatdakı toz dənəsi üzərində yaşayan kiçik ulduz tozuyuq!