Səudiyyə Ərəbistanın Məkkə şəhərində olan Mescid-ül Haram ilk sırada yer alır.
İçərisində
qibləmiz Kəbənin yerləşdiyi bu məscid dünyanın ən müqəddəs və ən böyük
məsciddir.Məscid-ül Haramın 89 metr uzunluğunda 9 minarəsi var və
burada900 000 insan eyni anda ibadet edə bilir. Həcc zamanı bu rəqəm 4
000 000-a çatır.
2-ci
yerdə isə Məscid-i Nəbəvi dayanir. Peyğəmberimiz Hz. Məhəmməd (s.a.s)
tərəfindən inşa edilən bu məscid Mədinədə yerləşir.Məscid-i Nəbəvinin
105 metrəlik 10 minarəsi ve Peygamberimiz ile uyğunlaşdırılmış rəngi
olan yaşıl qübbəsi vardır.Peyğəmbərimiz (s.a.s), Hz. Əbubəkir ve Hz.
Ömərin də qəbirlərinin yerləşdiyi Məscid-i Nəbəvidə eyni anda 600 000
nəfər ibadət edə bilir.Həcc zamanı bu rəqəm 1 000 000-a çıxır.
Dünyanın
ən böyük 3-cü məscidi ll Həsən məscididir. Kral Həsən tərəfindən
1993-cu ildə Kasablanka şəhərində inşa edilmişdir. 210 metrəlik minarəsi
ilə bu məscid dünyanın ən uzun dini binası olaraq qeydə
keçmişdir.Məsciddə eyni anda 105 000 nəfər ibadət edə bilir.
4-cü
yerdə Əbu Dabidə yerləşən Şeyh Zayed Bin Sultan Al Nahyan məscidi
dayanır.Yerli əhali tərəfindən qısaca 'Böyük məscid' adlandırılır.82
minarəli məscid Abu Dabide 2007-ci ildə açıldı. Məscidin baş qübbəsi
32.8 metr enində və 85 metr uzunluğundadır.Məscid həm dünyanın ən böyük
əldə toxunmuş xalçasına,həm də dünyanın ən böyük şamdanına
sahibdir.Burada eyni anda 40 000 nəfər ibadət edə bilir.
İmam
məscidi dünyanın 5-ci ən böyük məscididir. İsfahanda yerləşən bu
məscidin divarları 7 rəngdən ibarət mozaiklərlə örtülmüşdür. 1611-ci
ildə tikilməyə başlanan məscid,18 il sonra 1629-cu ildə
tamamlanmışdır.Buranın akustikası elə mükəmməl qurulmuşdur ki,ən kiçik
səsin əks-sədası belə çox olur.Araşdırmalar göstərmişdir ki,burada 49
növ əks-səda mövcuddur.Bunlardan yalnız 12-ni insan qulağı eşidə bilir.
Jame
Asr Hassanil Bolkiah Məscidi.1958-ci ildə Bruney Sultanı tərəfindən
inşa etdirilən məscid 6-cı yerdə dayanır.Ətrafındakı rəngarəng
baxçaları,24 əyarlı qızıl örtüklü qübbələri və minarələriylə dünyanın ən
böyük və ən gözəl ibadət yerlərindən olan bu məscid 1994-ci ildə xalqa
açılmışdır.
Feysəl
məscidi 7-ci ən böyük məscidi olaraq bilinir.1976-cı ildə Pakistan
hökümeti, Səudiyyə Ərəbistandan alınan 130 milyon Səudiyyə riyali
(təqribən bu günün 120 milyon $) ilə inşaasına başlandı ve 1986-cı ildə
tamamlandı.Burada eyni anda74.000 insan ibadət edir.Yükseklikleri 90
metre çatan 4 ədəd minarəsi vardır.Bir çox məscidin əksinə Feysəl
məscidində qübbə yoxdur. Onun yerinə Ərəb Bedouinin çadırına oxşar
üçkünc bir tavanı var.
8-ci
yerdə isə 1673-cü ildə Moğol İmperatoru Auranqazeb tərəfindən inşa
edilən Badşahi məscidi var.8 minarəsi və 3 qübbəsi olan məsciddə eyni
anda 100 000 insan ibadət edə bilər.
1978-ci
ildə İndoneziya prezidenti Suharto tərəfindən tikilmiş İstiqlal Məscidi
ən böyük 9-cu məsciddir.Əsas salonda 12 ədəd kalon vardir ve Hz.
Peyğəmbərin hicri təqviminə görə Rəbbi-ül-əvvəl ayının 12-ci günündə
doğuşuna işarədir.Məsciddəki 5 qat islamın 5 şərtini, 66.66 metrə
uzunluğundaki tək minarəsi də Qurandaki 6666 ayəni təmsil edir.Məsciddə
eyni anda 120.000 nəfər ibadət edə bilər.
Və
Sultan Əhməd Məscidi… İstanbulda yerləşən və l Əhməd tərəfindən Memar
Sədəfkar Mehmet ağaya tikdirilən bu məscid 6 minarəlidir. 20.000-dən çox
İznik çinisiylə(mozaikasıyla) bəzənmişdir. 43 metr yüksəkliyindəki
mərkəzi qübbəsinin eni 23,5 metrdir. Məscidin içi 200-dən artıq rəngli
şüşə ilə işıqlandırılmışdır.