Qadınlar bu davranışları sevmir – KİŞİLƏRİN DİQQƏTİNƏ

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 1 956
Səs ver:
(səs: 0)
Kişilərin qadınların hansı xüsusiyyətlərini sevib-sevmədikləri haqda çox yazılır. Bəs qadınlar kişilərdə nələri xoşlamır? Qadınla.com həmin detalları kişilərin diqqətinə çatdırır.

Ağ şalvar: Çox xüsusi bir gün olmadıqca ağ şalvar geyinməkdən çəkinin. Ağ kostyuma isə əsla pul verməyin. Xüsusilə yayda geyilən ağ kətan şalvarlar 80-ci illərin "Miami Vice" zamanlarında qalıb.

Yumurta daban ayaqqabı: Bilmirəm aranızda yumurta dikdaban ayaqqabı geyinən varmı? Əgər varsa, əsla geyməyin.

Jeleli saçlar: Başına bir qutu jele vuranlar və saçları işıqda parıldayan kişilər qadınları iyrəndirər. Saçlarınız hər zaman təmiz olsun.

Qarınlı kişilər: Həddindən artıq əzələli bədənli kişilər bəyənilmədiyi kimi, həddindən artıq qarınlı kişilər də bəyənilmir. Önünüzdə balkon kimi dayanan bir qarınla gəzməyi istəməzsiniz hər halda. Siz istəmirsinizsə, hələ bir fikirləşin ki, qadınların iri qarınlı kişilərdən necə xoşları gəlmir.

Tər qoxusu: Qadınlar təmiz kişiləri sevər. Ətir olmasa da, bədəni təmiz olan kişiləri cazibədar sayırlar. Tər qoxusu isə qadına yaxınlaşmağınızda böyük bir təhlükədir.

Ağız qoxusu: Bunu aradan qaldırmaq üçün bir çox üsul var, amma ağız qoxusu sizin fərqində olmadığınız bir mədə narahatlığından, ya da çürük bir dişdən irəli gələ bilər. Bitmək bilməyən bir ağız qoxusu probleminiz varsa, həkimə gedin. Yediklərinizə diqqət yetirin, sevgilinizlə görüşməyə getmədən əvvəl soğan, sarımsaq kimi yeməklərdən uzaq olun. Ağız spreyi, ya da nanəli saqqız işinizə yarayacaqdır.

Qızıl zinət əşyası: Çox zəngin ola bilərsiniz, qızılın rəngini də sevə bilərsiniz, amma qadınların ortaq fikri: “Kişilərə bijüteriya, xüsusilə qızıl bijüteriya yaraşmır”. Barmaq qalınlığında qızıl boyunbağı və ya üzük barmağını örtən qızıl üzüklərdən, xüsusilə də üzəri daşlı, cəngavər üzüyü kimi olanlardan taxan kişilər qadınlar tərəfindən heç xoş qarşılanmır.

Çirkli dırnaqlar: Qadınların kişilərdə ilk baxdıqları yerlərdən biri əllərdir. Bir kişinin təmiz əlləri onun təmizkar olduğu fikrini yaradaraq, qadının gözündə müsbət bir dəyərə çevrilər. Əyri və altı qara dırnaqlı əli heç bir qadın tutmaq istəməz.

Slip çimərlik geyimi: Amerika sahillərində slip geyinən bir kişi görəndə belə deyərlər: "Ya almandə, ya da…" Alman deyilsinizsə və qadınlara maraq duyursunuzsa, slip çimərlik geyimlərini yox etməlisiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 956
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri