Kişilərin diqqət etdiyi 4 məqam

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 9 760
Səs ver:
(səs: 1)
Dodaqlar
Qadınların dodaq quruluşu və istifadə etdiyi dodaq boyası kişilərin diqqətini çox çəkir. Bir hadisə danışarkən və ya nəyisə izah edərkən dodaq cizgiləri və hərəkətləri onları bir anda başqa bir dünyaya apara bilir. Təkcə cizgilər deyil, dodaq boyasının rəngi də vacibdir. Kişilər adətən parlaq dodaq boyalarını daha cəzibədar hesab edir. Danışan anda dodağını dişləyən qadından kişilərin təsirlənməməsi mümkünsüz bir şeydir. Lakin kişilər çox gözəl anlayır ki, siz bu hərəkəti onlara təsir göstərmək üçün edirsiniz.
Saçlara diqqət edirlər
Qadın dedikdə ağla gələn ilk maddələrdən biri də saçlardır. Qısa saçları bəyənən kişi yox deyil, ancaq ilk seçimləri əlbəttə, uzun saçlılardır. Ən azından çiyinlərə qədər olmalıdır. Baxımı, dib boyasının vaxtı keçmiş, mənasız şəkildə yığılmış saç düzümündə olan qadınların kişilər tərəfindən diqqət görməsi çətin məsələdir. Yağlı saçlardan lap çox zəhlələri gedir.
Geyindiyin sənə yaraşırmı?
"Mənə hər şey yaraşır” deyə düşünürsənsə yanılırsan. Getdiyin məkana görə geyinmirsənsə, bədənindəki qüsurları örtməməkdə israrcısansa, çox açıq geyinirsənsə, bu zaman sən kişilərin simtapiyasını qazana bilmərsən. əksinə antisimptiyasını qazanarsan. Özünəməxsus tərzi olan qadınların kişilərə təsiri daha yüksəkdir. Kişilər ayaqqabının geyimlə uyğun olmasına da diqqət edirlər.
Vücudunuza diqqət edin
Bəli, vacib məslələrdən biri də bədəndir. Gözəl görünmək istəyirsinizsə və qarşı tərəfin sizi bəyənməsiniz istəyirsinizsə hər zaman formda olmalısınız. Çünki kişilər mütləq düzgün və gözəl bədən quruluşuna sahib olan qadıları seçirlər. Buna görə də artıq kilolarınızdan qurtulmağa tələsin və idmanla məşğul olun.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 9 760
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri