Kişilərin deyə bilmədiyi ifadələr

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 573
Səs ver:
(səs: 0)
Kişilər çox zaman qadınların "xətrinə dəyməmək” üçün bəzi sözləri demirlər, ya da başqa şəkildə deyirlər. Əslində isə tamam başqa mənanı nəzərdə tuturlar. Gəlin baxaq görək, onların ürəyindən keçib də deyə bilmədikləri nədir?
1. Heç bir münasibət istəmirəm, yorulmuşam – yəni, tək gecəlik və ya başımı ağrıdan, məni bezdirən qadınlarla görüşmək istəmirəm.
2. Arvadım və mən sadəcə kağız üzərində evliyik – yəni, bu evlilik məni xoşbəxt etmir. Həyatıma başqa qadınların girməsində pis bir şey görmürəm.
3. Çox gözəl bir dostsan – yəni, səndən xoşum gəlmir və səni gözəl qadın hesab etmirəm. Artıq mənə bu qədər sıx-sıx zəng vurmasan yaxşı olardı.
4. İqtisadi böhran yaşanır  - yəni, hər an işimi itirə bilərəm, ancaq bu mənim bacarıqsız biri olduğum anlamına gəlmir.
5. Hər yoldan keçən qadınla münasibət quran kişilərdən deyiləm – yəni, mənim bir intim manyakı olduğumu düşünməyini istəmirəm. Ancaq belə bir fürsət düşübsə, onu yetrincə dəyərləndirə bilərəm.
6. Boyum 1.80 – dən yuxarıdır - yəni, mən qısa boylu bir kişi deyiləm. Həm də boyun qısa olmağı, yaraşıqlı olmaqla heç bir əlaqəsi yoxdur!
7. Səni sevirəm – yəni, bir kişi bu sözləri sizə sevişdiyiniz zaman deyirsə, məqsədi bəllidir. Ancaq küçədə, restoranda, romantik bir  abı-havada, yaxud da heç bir səbəb olmadan deyirsə, demək ki, bu sözlər həqiqətdir və ürəkdən söylənmişdir!
8. Bağışla – bir kişi üçün qadından üzr istəmək, həqiqətəndə çətin bir məsələdir. Sizdən üzr istəyirlərsə, həqiqətən də çox peşmandılar, ya da dəli kimi istədyi və sizi inandırmağa çalışdığı bir vəziyyət var.
9. Yeni mühitə ehtiyacım var – yəni, yeni bir insanla tanış olmuşam. Onu yaxından tanımaq və bu münasibətləri dəyərləndirmək istəyirəm.
10. Biz nə vaxtsa dost ola biləcəyik? – yəni, ayrılsaq belə sənin üçün darıxdığım zaman görüşə, hətta, birlikdə ola bilərikmi?
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 573
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri