Kişi atadır... Kişi qardaşdır... Kişi oğuldur...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 401
Səs ver:
(səs: 1)
Bu həyatda qadın olmaq ağırdır deyirlər də, amma kişi olmağın çətinliyini heç kim qeyd etmir, ya da "kişidir də, belə olmalıdır" deyib üstündən ötürlər sadəcə... Çox az insan kişinin çiyinlərinə düşən yükün ağırlığının fərqinə varır... Kişi atadır... Kişi qardaşdır... Kişi oğuldur.... Kişi ərdir-qeyrət çəkib, qadınının namusunu qoruyandır.... Kişi ailə sahibidir... Övladlarını, ailəsini kimsəyə möhtac etməmək üçün, övladlarının gözü kənardakıların əlində qalmaması üçün özünü oda-közə yaxandır... Yeri gəlsə dərdini, çətinliyini içində böyüdər də, ailəsinə bir şey bildirməz... Amma yenə də sərt, cəsur görkəmini əydirməz... Soyuqqanlılığını görüb "arsız" da deyərlər hətta, içində qopan fırtınadan, problemlərdən ucaldılmış qaladan isə xəbərsiz olarlar.... Atasızlığın dərdini içində boğub erkən yaşda böyüyüb, bacı-qardaşına, anasına dayaq olandır kişi.... Gecələri növbədə olub, ağır işində işləyib , gündüzləri evində xəstə anasına qulluq edəndir kişi.... Kişi gündüzləri işində-gücündə və ya hardasa gününü keçirib, başını qatsa da axşam evə gəldiyində yalnız öz içindəkilərlə baş-başa qalar... Və hər bir kişinin həyatında dərdləşdiyi, ən yaxın dostuna belə demədiyi sirrlərini bölüşdüyü, güvəndiyi, yeri gəldiyində kömək istədiyi bir qadını mütləq vardır... Ailə sahibi olan kişilərin evindəki xanımı, ailəli olmayıb da sevdiyi olan hər bir oğlanın sirrdaşı, dayağı məhz onun dəyər verib, güvənib ürəyini açdığı qız kişinin xilaskarı olar... Bəziləri isə hər zaman kişidən ummağı, hər şeyi onun üstünə yıxmağı bilər sadəcə... Düşünməzlər ki, əyilməz olan poladı da alov əridər... Yıxılmaz dediyimiz kişini də dərd-sər yıxar.... Necə ki bu həyatda qadına kişidən dəstək gözlənilir, eləcə də hər bir kişiyə mütləq qadını tərəfdən mənəvi dəstəyin göstərilməsi vacibdir...
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 401
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri