Kişini vazkeçilməz edən 13 xüsusiyyət

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 2 120
Səs ver:
(səs: 0)
Hər qadının mükəmməl kişi təsəvvürü bir-birindən fərqlidir.Ancaq bəzi kişi xüsusiyyətləri var ki az qala haradasa heç bir qadın xeyr deyə bilmir.

Qadınla.Com bir kişini vazkeçilməz edən 13 xüsusiyyəti sizlər üçün sıralayır.

Qalın qaşlar

Təbii qalın qaşlar (təbii ki formalıolduğu və ortadan birləşmədiyi müddətcə) kişilərin üzünə ruh və məna qatır. Qalın qaş kişini sərt göstərsə də, bir qadın maqnitinə çevirə bilər.

Saqqal

İllərdir kişilərin təraş əvvəli və sonrası fotoşəkillərindən edilən capsler internetdə hamımızı güldürür. İşin doğrusu təmiz, təraşlı bir üz səliqəli biri olduğunun işarəsi ola bilər, lakin baxımlı saqqal kişini tərz və cazibədar göstərir.

Dolğun dodaqlar

İçindən mənasız sözlər və yalanlar çıxmırsa dolğun dodaqlarhər vaxt nəzakətlilik və səmimiyyət hissi yaradar.

Yüksək almacıq sümükləri

Yüksək almacıq sümükləri kişinin üzünə ciddilik qatar. Belə bir kişi gördüyündə qadınlar özünə inamlıvə güclü bir kişi olduğunu düşünər.

Saçlarda ağlıqlar

Ağ saç yetkinlik, təcrübə və müdriklik göstəricisidir. Qadınlara ağ saçlı kişilərin cazibədar gəlməsinin başlıca səbəbi budur.

Göbək xətti

Bəziləri qadınların, bədən tüklərindən xoşlanmadığını düşünər ancaq bu doğru deyil. Birçox qadın göbək dəliyinin altında tük xəttini seksual sanar.

Utancaqlıq

Bəzi kişilər zəif və həssas görünməkdən qorxduqları üçün duyğularını göstərməkdən çəkinərlər. Lakin bəzi vəziyyətlərdə utancaqlıq kimi canlı duyğular insanları bir-birinə yaxınlaşdırar. İlk öpüşdən sonra qırmızı yanaqlara heç bir qadın laqeyd qala bilməz.

Heyvan sevgisi

Tək bir cinsə olan ehtiraslarından çox kişilərin bütün heyvanları səmimiliklə sevməsi, yaxşı və diqqətli bir insan olduğunu göstərər.Bir çox insan yemək bişirmənin kişilərə görə bir iş olmadığını düşünər. Əksinə bir kişi mətbəxdə çox seksual görünə bilər.

Gülümsəmə

Zarafat anlayışı olan şən bir kişi bir çox qadının axtardığı şey ola bilər. Bununla birlikdə içdən bir gülümsəmə, gülən gözlər bütün buzları əridə bilər, söhbət başlada bilər və hətta aşiq etmək üçün güclü bir silah ola bilər.

Damarlar

Fiziki bir işdən sonra ümumiyyətlə damarlar görünər hala gələr. Bu səbəblə damar görünüşü güc və dayanıqlılıq ilə qəlaqələndirilər. Ayrıca damarlar kişi bədəninə çəki əlavə etdiyi üçün də qadınlar tərəfindən seksual hesab olunur.

Düz qarın

Bir çox qadın düz, yüngül əzələli qarın görünüşündən xoşlanar; paxlavalardan deyil. Belə bir qarın, kişinin özünə baxdığı və sağlam bəsləndiyi imicini verir.

Qoxu

Kişinin təbii qoxusu qadınları dəliyə çevirə bilər. Təbii ki bu idmandan sonrakı tər qoxusu deyil. Təmiz bir bədən qoxusundan bəhs edirik. Bəzi qadınların kişi ətirlərinə huşunu itirdiklərini də əlavə edək.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 120
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri