Əzizim, sən tezliklə ata olacaqsan!

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 2 725
Səs ver:
(səs: 0)
Əksər hallarda kişi bu haqda məhz öz xanımının bu sözlərindən tezliklə ata olacağını oyrənir, halbuki qadın bunu öz daxili hissləri və bütün məlum əlamətlərə əsasən anlamağa başlayır. Kişi hələ onun üçün yeni olan vəziyyətdə - hamilə xanımın həyat yoldaşı kimi, nəyi və necə bilməlidir, xanımında hansı dəyişikliklər baş verə bilər, bu dövrdə nəyə xüsusi diqqət yetirmək və nə gözləmək lazımdır?

Sakitlik və yalnız sakitlik!
Əgər siz çox tezliklə ata olacağınız haqqında xəbər alanda həyəcanlanmısınızsa, bundan təlaşa düşmək lazım deyil, çünki bu hislər tamamilə normaldır. Xatırlayın, axı ilk dəfə öz gələcək xanımınızı görəndə, ilk tanışlıq günündə və toy günündə də siz həmçinin həyəcan hiss edirdiniz – bu, həyatınızın bütün mühüm hadisə və dəyişikliklərini müşayiət edən hisdir. Xüsusən də bu dəyişikliklər uşağın, məhz sizin uşağınızın dünyaya gəlməsi ilə bağlıdırsa, daha nə demək olar ki?

Əgər siz elə düşünürsünüz ki, həyəcan və hətta hansısa qorxu hissi sizin ata olmağa hazır olmamağınızla bağlıdır, onda nəzərə alın ki, kişilərin əksəriyyəti öz atalığını real dərk edə bilmir. Hətta uşaq doğulduqdan sonra da həmişə bunu həqiqətən dərk edə bilmirlər, çünki tezliklə ana olacaq qadın körpəsinin dünyaya gəlməsindən bir neçə ay əvvəl onu hiss edir, onunla ən sıx əlaqədə olur, halbuki atada bu təbii əlaqə yoxdur. Bir sözlə, həyəcanlanmaq lazım deyil, ancaq müəyyən şeyləri bilmək mütləqdır.

Tüstüyə “yox” deyək!
Indi vitaminlər meyvə və tərəvəz şəklində sizin soyuducunuzdan əksik olmur. Onları daha tez-tez və az-az almağa çalışın ki, həmişə təzə olsunlar, ancaq daha yaxşı olar ki, bunları öz kiçik şəxsi bağlarında yetişdirənlərdən alasınız, axı onlar öz məhsullarını həddindən artıq nitrat və başqa zərərli maddələrlə yetişdirmirlər.

Parkda və ya dəniz sahilində gəzintilər sizin axşam proqramınızın mütləq tərkib hissəsi olmalıdır. Təmiz hava və piyada gəzintilər həm gələcək anaya, həm də körpəyə yaxşı təsir edir.

Siqaret çəkən kişilərə xatırlatmaq istəyərdik ki, tüstünün təsiri hətta onu çəkməyən insanlar üçün də çox zərərlidir. Ona görə də əgər əvvəl siz xanımızın yanında siqaret çəkirdinizsə, indi bunu tamamilə unutmalı olacaqsınız, çünki indi sizin xanımınıza ilk növbədə möhkəm sağlamlıq lazımdır ki, körpəni dünyaya normal gətirə bilsin. Əlbəttə, daha yaxşı olardı ki, siqaret çəkməyi atmaq barədə çoxdankı niyyətinizi həyata keçirməyə başlayaydınız və ola bilər ki, indi iradənin zərərli vərdişdən daha güclü olduğu bir zaman gəlmişdir.

İntim həyat
Bir çox kişilər hamiləlik dövründə öz həyat yoldaşları üçün narahat olur və hamiləlik dövründə ona hədsiz qayğı ilə yanaşır, dölə zərər verməkdən qorxduqlarına görə özlərini cinsi həyatdan məhrum edirlər. Ancaq daha yaxşı olardı ki, xanımınız həkim-ginekoloqdan vaxtında məsləhətlər alsın; o, sizin cütlüyünüzə bütün zəruri informasiyanı verəcək. Əgər hamiləlik normal keçirsə və doğulacaq körpə üçün heç bir təhlükə yoxdursa, intim həyatınızı da xanımınızın yeni vəziyyətini nəzərə alaraq davam etdirə bilərsiniz.

Gənc “döyüşçü” ata kursları
Psixoloq və alimlər dəfələrlə sübut etmişlər ki, uşaq üçün atanın qayğısı da ana qayğısı qədər önəmlidir. Buna görə də gələcək ata tezliklə körpəsinə qayğı göstərməkdə həyat yoldaşına necə kömək etmək barədə mütləq fikirləşməli olacaq. Bunun üçün nə lazım olduğunu indi geniş yayılmış gələcək valideyn kurslarındakı mütəxəssis başa salacaq. Belə kurslara baş çəkməkdən imtina etməyə tələsməyin. Bu biliklərin bir neçə ay sonra sizə necə lazım olacağı barədə fikirləşin, axı “çətin təlim, asan döyüş” ifadəsinin mənası hamıya aydındır. Bundan başqa, həyat yoldaşınızla birlikdə bu məşğələlərə getmək sizə onun indiki vəziyyətini daha yaxşı başa düşməyə kömək edəcək ki, bu da öz növbəsində, sizi bir-birinizə daha çox yaxınlaşdıracaq və bir-birinizi daha yaxşı başa düşəcəksiniz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 725
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri