Gələcək uşaq xeyrinə öz sağlamlığıvıza qayğı

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 876
Səs ver:
(səs: 0)
Ailə - yalnız ana və uşaq demək deyil, bu həm də mayalanmada və uşağın tərbiyəsində əsas rol oynayan atadır, həmçinin xanımın vəziyyəti və bir çox başqa məqamlar da ondan asılıdır. Kişilər də həmçinin qadınlar kimi, öz sağlamlıqlarının qayğısına qalmalıdırlar, axı onların həyat tərzi və qidalanması həm mayalanmaya, həm də doğulacaq uşağın sağlamlığına əhəmiyyətli dərəcədə təsir edəcək.

Əgər siz hamiləliyi planlaşdırırsınızsa, hər şeydən əvvəl, həkimə müraciət etmək lazımdır. Aşağıda mayalanma qabiliyyətinə təsir edə bilən problemlər verilmişdir:

Xlamidioz və ya qonoreya kimi zöhrəvi xəstəliklər

Diabet, ürək və ya qalxanvarı vəz xəstəliyi, həmçinin başqa xroniki xəstəliklər

Cinsi yetkinlikdən sonra parotit

Kista, şiş və ya yumurtalıqların xərçəngi

Qasıq sahəsində və ya yumurtalıqların travması zamanı aparılan əməliyyatlar

Ereksiyalarla bağlı problemlər
Antigistamin preparatları, androgenlər və ya beta-blokatorlar qəbul etdiyiniz hallarda da həkimə müraciət etmək lazımdır. Həkimlərin əksəriyyəti yuxarıda göstərilən problemlərdən hər hansı biri ehtimal olunduğu halda cütlüklərə mayalanmadan əvvəl xüsusi müayinə keçməyi təklif edirlər.

Əgər sizin partnyorunuzda Klaynfelter sindromu varsa, hamilə qalmağa çalışmazdan əvvəl, mütləq həkimə müraciət etməlisiniz, çünki bu nadir irsi xəstəlik mayalanma qabiliyyətinə təsir edir. Qadınlarda olduğu kimi, kişinin də həyat tərzinin müəyyən aspektləri mayalanma qabiliyyətinə təsir edə bilər. Bunlara aşağıdakılar aiddir:

Uzun müddət yüksək temperaturlu yerlərdə olmaq və oturaq iş şəraiti;

Kimyəvi və ya radioaktiv maddələrlə iş;

bədən indeksiyası 29-dan artıq olan çəki;

Siqaret çəkmək;

Alkoqoldan həddən artıq istifadə;

Narkotiklərdən istifadə.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 876
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri