Şok! Azərbaycanda impotensiya 30 yaşa düşüb

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 586
Səs ver:
(səs: 0)
Bu xəstəlikdən əziyyət çəkən kişilərin əksəriyyəti həkimə müraciət etməyi özlərinə sığışdırmır
«Azərbaycanda impotensiya xəstəliyindən əziyyət çəkənlərin yaş həddi cavanlaşır. Artıq 30 yaşında olan kişilərdə də bu xəstəliyə tez-tez rast gəlinir. Bu, çox qorxulu və təhlükəli bir məsələdir». Bu barədə əməkdaşımızla söhbətində Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Müsa Quliyev bildirib. Onun sözlərinə görə, hər bir xəstəliyin müalicəsi olduğu kimi, impotensiyanın da müalicəsi var. Lakin bu xəstəlikdən əziyyət çəkən kişilərin əksəriyyəti həkimə müraciət etməyi özlərinə sığışdırmır: «Bəhanə edirlər ki, ayıbdır, tanış-biliş bilər, ayıb olar. Bəs o zaman necə olur ki, illərlə övlad həsrəti ilə yaşayırlar, xaricə gedib xeyli vəsait xərcləyirlər, tanımadıqları adamlardan donor kimi istifadə edib övlad sahibi olmağa can atırlar? Belə şeylərə görə utanmaq lazım deyil. Vaxtında həkimə müraciət etmək və xəstəliyi müalicə etmək lazımdır».
Musa Quliyevin sözlərinə görə, bu və digər problemlər üzündən hər il yüzlərlə ailə dağılır, boşanmaların sayı artır: «Buna görə də, çalışırıq ki, Milli Məclisin payız sessiyasında Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edək. Bu dəyişikliklər ondan ibarət olacaq ki, gənclər ailə qurarkən bir neçə xəstəlik üzrə həkim müayinəsindən keçsinlər. Bu yolla həm sağlam ailələr qurulacaq, sağlam nəsil yetişəcək, həm də hər hansı xəstəlik və problem üzündən ailələrin dağılmasının qarşısı alınacaq. Amma bəzən cəmiyyətdə bu məsələyə də yanaşmalar doğru olmur. Bu yaxınlarda bir nəfər mənə irad tutdu ki, bu nə qanundur, kim razı olar ki, gəlini toyqabağı həkimə getsin? Mən də cavab verdim ki, bəs, kim razı olar ki, gələcəkdə xəstə övlad sahibi olsun? Bilirsiniz, bu məsələni əslində vətəndaşlar özləri başa düşüb addım atmalıdır. Lakin biz məcburən qanun qəbul etmək zorunda qalmışıq. Hər kəs görür ki, getdikcə nəsil cırlaşır, gənc nəsil, həm qızlar, həm də oğlanlar yaxşı inkişaf etmir. Bütün bunlar bizi də, dövlətimizi də narahat edir. Cənab Prezident İlham Əliyev tez-tez ərzaq təhlükəsizliyi məsələsindən danışır. Bu, heç də adi bir məsələ deyil. İnsanların sağlam qidalanması çox önəmli bir məsələdir. Həm gələcək nəsillərin sağlam olması, həm də yeni doğulan körpələrin sağlamlığı, gənc ailələrin övlad sahibi ola bilməsi üçün ərzaq təhlükəsizliyi məsələsi olduqca vacib amildir».
Millət vəkili maraqlı bir məqamı da açıqlayıb. Onun sözlərinə görə, övlad sahibi ola bilməyən əksər azərbaycnlı ailələr donor axtarışı üçün xarici ölkələrə üz tutur. Bütün imkanlardan istifadə edərək övlad sahibi olmağa çalışan ailələrin bəziləri xarici klinikalarda aldadılır: «Bəzən donor üçün müraciət edən pasyentlərlə müqavilə imzalanarkən onları aldadırlar. Hər pasyent də müqavilə ilə tam tanış olmadan imzalayır. Amma mayalanma baş tutmayanda yenidən həmin klinikaya müraciət edən ailə aldanıldığını başa düşür. Məsələn, müqavilədə yazırlar ki, mayalanma baş tutmadıqda klinika məsuliyyət daşımır, lakin ikinci mayalanmanı 50 faiz güzəştlə həyata keçirmək olar. Övlad sahibi olmaq istəyən ailə də məcbur olub birinci mərhələdə ödədiyi pulun yarısı qədərini yenidən ödəməli olur. Bu rəqəm isə ümumilikdə 12-14 min dollar təşkil edir. Bəzən donor axtarışı üçün xarici klinikalara üz tutan qadınlara elə öz həyat yoldaşının toxumlarını köçürürlər. Amma qeyd etdiyim məbləğdə pulu yenə də alırlar».
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 586
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri