Kişilərlə münasibətlərdə mütləq olan qaydalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 872
Səs ver:
(səs: 0)


Kişilərlə münasibətlərdə mütləq olan qaydalar
Zaman keçdikcə qadınlar məişət problemlərinin təsirindən bezməyə başlayırlar.Bu da onların həyat yoldaşları ilə münasibətlərinə mənfi təsir göstərir.
Biz xanımlara vəziyyəti dəyişmək üçün ən optimal yolları təqdim edirik. Əmin olun ki, təqdim etdiyimiz məsləhətləri kişilərin psixoloji durumunu analiz edərək sizə təqdim edirik. Beləliklə .. 
  Məsləhət 1. Özünüzü işlə çox yükləməyin.
 Biz qadınlar evin, ailənin bütün işini üzərimizə götürməyə vərdişik. Çünki hər şeyi nəzarətdə saxlamağa çalışırıq. İndi isə STOP! Məgər sizin əriniz buna bənzər nəsə edir? Super-yorulmuş halda işdən qayıdır və sevimli yerində oturub dincəlməyə başlayır. Biz isə, işdən gəlib, mətbəxə qaçırıq, yeməkdən sonra dərhal yır-yığış edirik, hətta uşaqların məktəb dərslərinə də zaman ayırırıq. Gecə isə qadınlıq borcunu yerinə yetirib ərinə xoş gecə bəxş etməlisən. Bəli, bunları oxuyanda atıq hər şeyin ədalətsiz olduğu qənaətinə gəlirik.
 Lakin çıxış yolu var. Sadəcə işləri bölüşdürün. Qışqırıq və danlamaq yolu ilə yox. Onu işləməyə məcbur etmək istəyirsiniz? Sadəcə ondan xahiş edin işdən sonra mətbəxdə sizə yardım etsin. Hər gün yardım üçün xahiş edin (hətta dəfələrlə). Nəticə özünü göstərəcək.
  Məsləhət 2. Özünüzü ondan çox sevin.
 Özünü qurban vermə artıq dəbdən düşüb. Kişini nə qədər çox məişətdən uzaqlaşdırsanız yükünüz daha da ağırlaşır. Özünüzə baxmağa isə sadəcə vaxtınız qalmır. Buna görə də özünüzü daha çox sevin.
 İşlərin bir hissəsini güclü kişilərimizə həvalə edək. Əvəzində intimual gecə geyimləri geyinib, özünüzə tumar çəkin və budur artıq əhvalınız əladır. Kraliça hissini özünüzə doğmalaşdırmağı bacarın. Çünki instiktiv olaraq kişilərdə özünə əmin və baxımlı qadınlara qarşı cazibə var. Əks halda, “özünü sevmirsən, qiymətdən düşürsən” misalı tam sizlik olacaq.
  Məsləhət 3. Bir qədər eqoizm
 Eqoizmi özünüzə zaman ayırmaqla başlayın. İlk əvvəl gün ərzində 20 dəqiqədən başlayın. Ərinizdən xahiş edin 20 dəqiqə uşağa baxsın. Bu müddət ərzində siz vanna qəbul edə, özünüzə qulluq edə bilərsiniz. 
 Kişinin beyninə yeridin ki, sizin xarici görünüşünüz onun sizə qayğısının bir nömrəli göstəricisidir. Çünki baxımlı, yaraşıqlı qadının arxasında yalnız güclü kişi dayanır. Həmçinin o ev işlərini görməyə başladıqda anlayacaq ki, siz ailə üçün həddindən artıq çox iş görürsünüz. 
  Məsləhət 4. Əlçatmaz oyununu oynayın.
 Kişilər – ovçudurlar. Buna görə də bəzən onları özünüzdən uzaqlaşdırmaq faydalıdır. Sakit olun, bəzən etinasız, bəzən isə əksinə onunla çox danışın (flirt edin), daha çox insanların əhatəsində olun və belə abu-havada zarafatlaşıb özünüzə maraq oyadın (psixoloji olaraq kişilərdə əlçatmaz yerlərdə sizə sahib olma hissləri güclənir). O, sizinlə tək qalacağı vaxtı səbirsizliklə gözləyəcək. Siz də vaxtı uzatmağa çalışın. 
  Məsləhət 5. Özünüzə qiymət verin.
 Partnyorun özünə qiymətini qaldırmaq üçün qadınlar daha çox çalışırlar. Bu zaman özümüz yaddan çıxırıq. Bizim kişilər isə əksər vaxtı bizə “sən hamıdan üstünsən” sözünü deməyə belə əziyyət çəkirlər. Bəzən illərlə kompliment gözləməli oluruq.
 Təsəvvür edin ki, yalnız yaxşı tərəflərinizi təsvir etməlisiniz. Vərdiş və xüsusiyyətlərinizdən başlayın. Yavaş-yavaş xarici görünüşünüzə keçin. Budur artıq özünüzü “kraliça” kimi hiss edirsiniz. Siz başqalarından heç də pis deyilsiniz, əksinə kifayət qədər yaraşıqlı və üstünsünüz. Partnyorunuzun da bəxti sadəcə gətirib. 
  Məsləhət 6. Unutmayın ki, siz qadınsınız.
 Feminizm - əladır. Lakin bəzən zərif və ağıllı cinsə mənsub olduğumuzu unuduruq. Bəzi qadınlarda bütün işləri üzərinə götürmə vərdişi haradan yaranıb heç anlamırsan. Düzdür, hər işi bacarmaq çox yaxşıdır. Yox, əgər yanınızda kişi varsa işlərin bir hissəsini də o etməlidir. Sizlərdən kimsə bütün bazar boyu əlində 3 zəmbillə gəzərək ucuz və keyfiyyətli kartof axtaran kişi görüb? Təbii ki, yox. Məsələ ondadır ki, biz bazara da özümüz gedirik və “məndən başqa heç kim bunu edə bilmir” sözləri ilə özünə təsəlli verir. Unutmayın ki, siz qadınsınız. Əgər kişi bazarlıq edə bilmirsə, zəhmət çəkib öyrənsin. Çünki onlar düşündüyünüz qədər axmaq və primitiv deyillər. 
  Məsləhət 7. Komplimentləri qəbul etməyi bacarın.
 Bəzən biz qadınlar bizə deyilən komplimenti sadəcə qəbul etməyi bacarmırıq. Tanış bir vəziyyət: kişi sizə deyir ki, bu paltarda çox yaraşıqlı görünürsən. Sən isə əvəzində - “yox, əşi bu paltar köhnədir”.
 Kompliment deyən kişi səmimi “çox sağ ol” gözləyir. Sizin özünütənqidinizə ehtiyacı yoxdur. Paltarın təzə və ya köhnə olması maraqlı deyil. Sadəcə sizin onun gözündə gözəl görünməyiniz əsasdır. Növbəti dəfə aldığınız komplimenti onunla səmimi söhbətə giriş kimi qəbul edin. 
  Məsləhət 8. Zarafatlaşırıq və maraq oyadırıq. 
 Düşünürsünüz ki, sevgi sayağı söhbətlər üçün artıq vaxtınız keçib? Əsla. Bu haqda düşünməyə belə dəyməz. Çünki qadın hər zaman qadındır və o istənilən yaşda və vəziyyətdə qadınlığını nümayiş etdirməyi, ondan istifadə etməyi bacarmalıdır. Kişi isə hər zaman kişi olaraq qalır. Gözəllik və sevgi axtarışında olan birisi. Ona görə evdə, küçədə, toyda tez-tez yüngül zarafatlar edib onu özünüzə cəlb edin. 
Əgər qadın qiymətdən düşübsə əminliklə deyə bilərəm ki, bunun günahkarı o özüdür. Artıq həyata və münasibətlərinizə kənardan baxıb hər şeyi dəyişmək zamanıdır. Arzulanan qadın olmaq öz əlinizdədir.
Redakte etdi: PRETTY GİRL
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 872
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri