Kişilər üçün səhər tezdən oyanmağın 8 üsulu

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 240
Səs ver:
(səs: 0)
İşləyən və ya təhsil alanların əksəriyyəti üçün, səhər– elə də xoşagələn vaxt deyil. Çünki isti yatağı tərk edib işə, təhsil ocaqlarına hazırlaşmaq lazımdır. Nə demək olar ki, hər kəs səhər tezdən əla əhval-ruhiyyəsi və gümrahlığı ilə öyünə bilməz. Səhər tezdən necə gümrahoyanaraqgünü səmərəli şəkildə başlamaq olar?

Gümrah oyanaraq yaxşı əhval ruhiyə ilə yeni günü başlamaq üçün sizə aşağıdakı tövsiyyələr kömək edəcəkdir. Ola bilsin ki, onlar sizə bayağı görünsün. Lakin, inanın ki, onlara əməl etməyi vərdişə çevirən kimi, siz özünüzdə görəcəksiniz ki, əhvalınız necədə müsbət tərəfə dəyişibdir.

1. İşığı yandırın
Tez oyanmaq üçün sizə işıq lazımdır. Yəqin ki, fikir vermisiniz, bir neçə otaqda işıqlar yanılı olanda siz daha da tez oyanırsınız. Çünki qaranlıqda bir otaqdan digərinə veylləndikdə, bu sizin yuxulu vəziyyətinizi yalnız dahada uzadacaqdır. Bu fakt onunla izah olunur ki, işığın təsiri altında bizim orqanizmimizdə yuxu hormonu melatoninin hasilatı azalır və bizim aktiv olmağımıza cavabdeh olan kortizol hormonu işə salınır. Oyanmağınızın hamar və ağrısız olması üçün, yaşadığınız yerin hər yerində işıqları yandırmağa tələsməyin. Əvvəla gecə işığı lampasını yandırın. Gözləriniz işığa öyrəşən kimi pərdələri açın. Və yalnız bundan sonra hər yerdə işıqları yandırın.

2. İdmanla məşğul olun
Səhərlər idman hərəkətləri etmək orqanizm üçün çox vacibdir, çünki həyat üçün mühüm olan prosesləri işə salır və tez bir şəkildə oyanmağa imkan verir. Çarpayıdan başlamaq lazımdır. Zəngli saat çalan kimi, yerinizdən dərhal kəskin şəkildə qalxaraq yuyunmağa qaçmaq lazım deyil. Əvvəla əl ayaqlarınızı uzadın, ayaqlarınızın barmaq uclarını tərpədin, qollarınızı qabağa və ya yanlara dartaraq uzadın. Yalnız bundan sonra, sovet vaxtları radio vasitəsilə yayımlanan 3 dəqiqəlik idmanla məşğul olmaq olar. Bu tipik olan hərəkətlərdir: başın, əllərin dairəvi hərəkətləri, “qayçı”, “dəyirman”, yanlara əyilmələr, dartılma. Həmçinin “Velosiped” hərəkəti edə bilərsiniz. İnanın ki, bu hərəkətlər sizin elədə çox vaxtınızı aparmayacaqdır və orqanizmin qan dövranını sürətləndirərək sizə gümrahlıq və enerji hissi gətirərəkdir.

3. Ac qarına bir stəkan su için
Siz su barəsində eşitsəniz də, yenədə “Kişilərin ərazisi” yada salır ki, ac qarına 1 stəkan su içmək vacibdir. Beləliklə, yuxudan qalxırsınız, biraz idman edirsiniz və dərhal mətbəxə keçirsiniz. Bir stəkan su içdikdən sonra hamam otağına gedib su prosedurları ilə məşğul ola bilərsiniz. Kontrast duş həmçinin yuxudan oyanmaq və gümrahlaşmaq üçün əvəzolunmaz köməkçidir. Səhər yeməyinə kimi sizin orqanizm rütubəti mənimsəyəcəkdir. Qeyd etmək lazımdır ki, su nə qədər soyuq olsa, o qədər də uzun müddət ərzində o mənimsənilir. Bu səbəbdən də, otaq temperaturuna və ya bədən temperaturuna uyğun olan suyu için. Bir neçə gündən sonra, siz bağırsaq və digər sistemlərin işinin normallaşdığını hiss edəcəksiniz. Orqanizm, sözsüz ki, bunu qiymətləndirəcəkdir. Yadda saxlayın, yalnız təmiz su içmək lazımdır, şirələr, qazlı sular, kompotlar və s. yox.

4. Başınızı massaj edin
Əksəriyyəti üçün səhərlər səhər yeməyi yeməyə və hazırlaşmağa vaxt çatmır, masaja isə söz ola bilməz. Çıxış yolu var. Masajı duş qəbul edərkən edin. İsti su altında duraraq yuxulamaqdansa başınızı masaj edin. Onsuzda başınızı yuyursunuz, masajda edin. Bu prosedur endorfinləri azad edir və baş nahiyəsinin dərisinə qan axınını təmin edir.

5. Düzgün şəkildə qurulanın
Duş qəbul etdikdən sonra, düzgün şəkildə qurulanın. Bunun üçün dəsmalı kürəyinizin arxasına atın. Sağ əl ilə dəsmalın bir ucunu tutaraq onu yuxarıda saxlayın. Sol əl isə dəsmalı belin orta nahiyəsində saxlayır. İndi isə, sol əliniz ilə dəsmalı elə dartın ki, sağ trisepsdə və çiyindəki əzələlərin uzanmasını hiss edəsiniz. Keçirdiyiniz hisslər xoşagələn və rahat olmalıdır. Belə vəziyyətdə 30 saniyə qalın və əks tərəfə eyni hərəkəti edin. Yenə də 30 saniyəlik ara verin. Hər tərəf üçün iki dəfə təkrar etməyiniz kifayət edəcəkdir. Bu sadə hərəkət, gün ərzində olan baş ağrısının qarşısını alır və yuxudan sonra beldə və çiyinlərdə olan gərginliyi aradan qaldırır.

6. Səhər yeməyindən faydalanın
Səhər yeməyi – sizin orqanizm üçün ilk və ən mühüm olan yanacaq sayılır. Səhər yeməyi yemədikdə və yalnız bir fincan kofe ilə kifayətləndikdə, siz öz bədəninizi “boş bakla” işləməyə məcbur edirsiniz. Faydalı səhər yeməyi metabolizmi işə salır və günorta yeməyinədək sizi enerji ilə təmin edir. Səhər yeməyi üçün nə seçmək olar? Səhər yeməyi ağır deyil, doyumlu və dadlı olmalıdır. Bu səbəbdən də dillərdən düşməyən yulafı yada salırıq. Lakin çalışın elə yulaf alın ki, onların lopalarını bişirmək tələb olunsun. Bu işdə mikrodalğalı soba sizə yardımçı olacaqdır. Tez və çətinlik çəkmədən! Ona qoz, qurudulmuş üzüm və bal əlavə edərək dad verə bilərsiniz. Sıyığa həmçinin südlü kokteyl və giləmeyvələr də qata bilərsiniz. Yulaf xoşlamırsınızsa, dadına görə başqa bir sıyıq seçin. Onu axşamdan da hazırlaya bilərsiniz. Sizin sevgiliniz səhər yeməyinə çizkeyklərə, kəsmikli piroqlara üstünlük verirsə, ona qoşulun. Bunlar doyumlu, dadlı və faydalıdır.

7. Rahatlaşın
İşə yola düşərkən, təhsil almağa gedərkən yolda nə ilə məşğul olursunuz? Avtomobildə, ictimai nəqliyyat vasitələrində və ya pleyerdə musiqiyə qulaq asırsınız? O zaman sakit, instrumental, asta ritmli musiqiyə qulaq asın. Belə musiqi stressin səviyyəsini azaldır və ürək döyüntüsunu sakitləşdirir. Razılaşın ki, gününüzü sakit ritmlə başlamaq, narahat dalğada, tez tez olan ürək döyüntüləri ilə başlamaqdan daha yaxşıdır.

8. İş gününüzü düzgün başlayın
İş yerinizə gəldikdən sonra, eyni anda kompüteri birləşdirmək, gündəliyinizdəki qarşınıza qoyulan tapşırıqları nəzərdən keçirmək, elektron poçtunuzu yoxlamaq və s. kimi işlər görmək lazım deyil. Əvvəla kollektiv ilə salamlaşın, öz kreslonuzda rahat yerinizi tutun və bitki mənşəli çay için. Və yalnız bundan sonra, hamar şəkildə iş prosesinə keçid alaraq işlərinizə başlayın.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 240
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri