10 ən yararsız kişi tipləri hansılardır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 7 056
Səs ver:
(səs: 0)
Sevdiyim insanla gələcək münasibətlərim necə olacaq? Bu, məsləhət almaq üçün psixoloq, astroloq, falçılara müraciət edən qadınların ilk sualıdır. Adətən kişilərlə o qədər çətinlik yaranır ki, mütəxəssis köməyi olmadan ötüşmək çətin olur. Bunları nəzərə alaraq sizə ciddi münasibətlər üçün yararsız olan 10 kişi tipini təqdim edirəm;

1. Etibarsız və məsuliyyətsiz

Müstəqil olması ilə öyünür. Sənin onunla olmağına ehtiyac duymur. daha doğrusu səninlə birlikdə olmağı hər gün yox, yalnız bəzi hallarda istəyir. Sən isə çətin gündə onun güclü kürəyini sənə dayaq edəcəyini düşünüb vəziyyətdən məmnunsan. Amma... bu illüziyadır.  Çünki elə bir məqam yetişər ki, səninlə münasibətdə onun müstəqilliyi həddini aşar və hərdən bir olsa belə sənə vaxt ayırmaq istəməz. Axı müstəqillik onun üçün hər şeydən üstündür...

2.İnsan qəlbinin mühəndisi

Qadın psixologiyasının sərrafıdır. Sənə dənizlər qədər gözəl sözlər söyləyir, sevgisini müxtəlif boyalardan istifadə edərək təsvir edir. Ah, "qulaqları ilə sevən"qadınlar! İnsan qəlbinin ən xırda duyğularını belə anlamağı bacaran o özünü sənə tay tutur. Əlbəttə, o sənin bütün motiv və tələblərini bilir, sənə məhz sənin istədiklərindən danışır və çox şey vəd edir. Az sonra özün anlayacaqsan ki, bu şəxs sənin qəlbinin dərinliklərinə elə daxil olub ki, onu ordan çıxarmaq olmur-səni gözəl sözlərə alışdırıb. İncə tərzdə onu nə qədər sevdiyini, sənə lazım olduğunu soruşmağa vərdiş edib.  Sən-"hə, sevirəm"-deyirsən. Bax,onun da istədiyi elə bu sözü qazanmaq idi. Tezliklə məlum olur ki, o, gözəl sözlərdən başqa sənə heç nə təklif edə bilmir və bunu heç lazım da bilmir. O, zəif və köməksizdir, verdiyi vədləri yerinə yetirmir, bir çoxunu isə artıq unudub. Sözdən işə keçə bilmir. Özünü qadınlara səmimi sözləri ilə sevdirir. Sadəcə özünü təsdiq etmək xatirinə...

3.Eqoist

Yalnız səni sevir. Belə kişi başqasını sevməyə qabil deyil. Xüsusilə də xarici görünüşə hədsiz diqqət yetirən kişilər. Elə bilirsən belə insanla fəftar etmək asandır? Bu ancaq ilk baxışda belə görünür.  Güzgüyə nə qədər çox baxırsa, ayaqqabı, geyim, ətir, saç düzümünə xüsusi diqqət yetirirsə, vəziyyət bir o qədər çətinləşir-qarşında sadəcə özünəvurğun bir nərgizgülü görürsən. O doğrudan da özünə əla diqqət yetirir,amma... başqaları üçün yox, yalnız özü üçün...

4.Zəhmət aşiqi

Bütün maraqlarını karyerasına yönəldən kişi qadını heç vaxt xoşbəxt edə bilməz. Bu tipli kişi sutkalarla işdə itib-batır, heç kimin və heç nəyin qayğısını çəkmir. Bu,sadəcə kişi-iş cütlüyüdür. Burda üçüncüyə yer yoxdur. Çox güman ki,belə insanda duymaq, sevmək, qayğı çəkmək xüsusiyyətləri inkişaf etməyib. Və qadını ona laqeydliyinə görə qınayanda o, ailəsinə şirin həyat təmin etmək üçün çəkdiyi zəhmətlərinə dəyər verməməsini irad tutur. Və onu sadəcə olaraq eşitmir.

5.Nəzarətçi

Diqqəti ilk baxışda diqqəti və comərdliyi ilə cəlb edir. Problemləri həll edə bilir, fəal, güclü və qətiyyətlidir. O, həyatın sahibidir. Bir qayda olaraq yüksək vəzifədə işləyir və yaxşı qazanır. Ona arxalanmaq daş divara söykənməyə bənzəyir. Amma günlərin birində dərk edirsən ki, daş divar sandığın  əslində qəfəs imiş.  Çünki belə kişi hər şeydə sənə məhdudiyyət qoyur və  sənin bütün hərəkətlərini  əvvəlcədən diktə edir. Hər addımına nəzarət etməklə, o səni özünün şəxsi əşyasına çevirir.

 6.Acgöz

Kişilərin xüsusi tipidir. İstədiyin qədər pulu var, amma bu onun acgözlüyünə az təsir göstərir. O, acgözlüyünü müxtəlif səbəblərlə izah edər, səni inandıra bilər ki, bu belə deyil. Amma nəzərə almaq lazımdır ki, insanlar öz davaranışlarının həqiqi motivlərini bilsələr belə bəhanələrə meylli olurlar. Qadına qarşı pula xəsislik edən şəxs kişi deyil. Bəs əgər sabah doğma övladına xərcləmək üçün pul əsirgəsə? Onda necə? Möcüzəyə inanaq? Belə tip insanlar özlərindən başqa hər kəsə qarşı xəsisdirlər. Bəlkə özünə də qıymır? Bu,vacib deyil. Əsas odur ki, yenidən formalaşdırmaq mümkün deyil. Kişi təbiət etibarı ilə müdafiəçidir, hər şeydən qazanc götürəndir. Əgər sənin seçdiyin şəxsdə bu keyfiyyətlər əvəzinə xəsislik yer tutursa , deməli məsələ çətin vəziyyət alıb. Ondan qaç, özü də heyifslənmədən...

7.İnfantil-ana uşağı

Zəif, asılı insandır. Bir qayda olaraq zabitəli anası var, yaxud hökmlü nənəsi tərbiyə edib. Çox zaman valideynlərinin (yaxud da əri tərəfindən atılmış qadının) yeganə övladıdır. Elə ndi də hər işdə anasına tabedir, ana onu tam idarə edir. Əgər anasının qoltğundan çıxa bilsə səninlə münasibət yaradacaq ki,bunu da anası böyük ehtimalla bəyənməyəcək (özünə rəqib tapmaq onun nəyinə lazımdır ki?), o isə özünü sənin yanında hökmlü anası olan uşaq kimi aparacaq. Belə kişidə dayaq və kömək axtarmağa dəyməz. Çünki özünün asılılığı ilə tez bir zamanda səni özündən çıxaracaq. Sənə "saqqallı uşaq" lazımdır, yoxsa kişi?

8.Uğursuz, ah-vayçı

Uğursuz tipdir. Özünə layiqli iş tapa bilmir, daim cibində pulu olmur, ya da kiməsə yük olur. Bununla belə, özünü heç kəsin qiymətləndirmədiyi və başa düşmədiyi dahi hesab edir. Bir qayda olaraq işlərinin düz gətirməməsində başqalarını və şəraiti günahkar bilir. Guya işdə onu dəyərləndirmir, maaşını artırmırlar. Rəislərinin hamısı pis, həmkarları isə paxıldırlar. Dostları onu başa düşmür, ona görə çox dostu da yoxdur. Qadınlar isə onun nəzərində hiyləgər məxluqdurlar. Hələ indiyədək yaxşı bir q       ıza da rast gəlməyib. Onların hamısı iblisdir. Ah-zar etmək, hər şeyi, hər kəsi tənqid etmək və mərhəmət dilənmək... Budur onun davranış tərzi...

9.Alfons

Pul dəlisi olan bu tipi çətin kişi adlandırmaq olar. Amma özü belə hesab etmir. Özünü, cazibədarlığını (bəzən həqiqətən də cazibəli olurlar) satmağa vərdiş edib. Qadın incəliyindən, psixologiyasından əla baş çıxarır, məharətlə əl-qolunu oynadır və cəzb edir. O, yaxşı məşuqdur. Sən başını itirəsən deyə gözə kül üfürməyi yaxşı bacarır. Təbii ki, sənin maddi durumunun əla olduğunu əvvəlcədən öyrəndikdən sonra... Amma , o, səni sevəcəkmi? Belə kişi ilə ehtiyyatlı olmaq və kənar dolanmaq lazımdır ki, sonda-"rəfiqəm gözəl bir oğlanla tanış olub. Kişi deyil, nağıldır, nağıl! İçmir, siqaret çəkmir, işləmir, heç buna hazırlaşmır da... Oğlan onun dəbdəbəli, hər şeylə təmin olunmuş mənzilində yaşayır. Ona qəzəblənəndə isə deyir-xoşuna gəlmirəmsə, gedə bilərəm. Mən gözələm, tez bəyənilirəm...-" yumorunda olduğu vəziyyət yaranmasın.

10. Təcavüzkar

"Döyür, deməli sevir"-məsəlinə ümid edərək arvadını döyür-bu, heç də düzgün çıxış yolu deyil. Belə kişi təkcə döyməklə məhdudlaşmır, söyüş və təhqirlərdən də çəkinmir. Əgər, o, qadına asanlıqla əl qaldıracaq qədər aqressivdirsə, onun xasiyyətinin dəyişəcəyinə inanmaq sadəcə ağılsızlıqdır. Əgər sənə əl qaldırıbsa onunla münasibəti mümkün qədər tez kəs.
 Bu kişi tiplərindən hansı sizə tanışdır?
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 7 056
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri