Kişilər niyə evlilikdən boyun qaçırırlar?

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 229
Səs ver:
(səs: 0)
Niyə kişilər evlilikdən qaçmağa çalışır? Heç bu barədə düşünmüsünüzmü?
Əslində kişilərin evlənməsinə icazə filan lazım olmur, sadəcə evdən xeyir-dua yetər. Amma yenə də kişilərin əksəri evlilikdən boyun qaçırır. Görəsən kişilər evlənməyi eləmi qorxulu zənn edirlər ki, ailə qurmağa tələsmirlər? Yoxsa, burada cürətdən daha çox maddi maraqlar önə çıxır? Lakin fakt elə fakt olaraq qalır. Belə ki, son zamanlar yaşı 30-u keçəndən sonra evlənən kişilərin sayı durmadan artır. Ancaq belə gec addım atan kişilər öz sağlamlığı barəsində düşünsələr, yaxşı olar.

Xüsusilə, son dövrlərdə cəmiyyətimizdə tez-tez rast gəlinən hallardan biri də güclü cinsin nümayəndələrinin böyük əksəriyyətinin evlilikdən qaçmasıdır. Bəziləri bunu sərbəstliklərini itirməmək üçün, digərləri isə maddi durumun yetərsiz olması ilə əlaqələndirsələr də, bunun bir çox başqa səbəbləri də var.

Bu səbəblərə bir çox gənclərin əsas kimi göstərdiyi təhsilsizlik və maddi durumdan əlavə, valideynlərin öz seçimini övladlarına zorla qəbul etdirməsi, bəzi gənclərin uğursuz sevgi təcrübəsi nəticəsində yaranan inamsızlıq, həddən artıq öz ailəsinə bağlı şəkildə yaşamasını da aid etmək olar.
Araşdırmalar göstərir ki, 30 yaşdan yuxarı olan güclü cinsin nümayəndələrinin evlənmək istəməməsi onların sağlamlığına da böyük ziyan vurur. Odur ki, gənclər, çalışın həyatın ən gözəl neməti olan ailə xoşbəxtliyini yaşamağa gec qalmayın. Çünki bununla həm qiymətli zamanınızdan, həm də sağlamlığınızdan itirmiş olursunuz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 229
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri