Kişilər hansı qadınlardan xoşlanar?

Müəllif: Sweet Candy
Şərhlər: 8
Baxılıb: 4 677
Səs ver:
(səs: 0)
Kişi, əvvəlcə özünüzə qarşı necə davrandığınıza baxacaqdır. Özünüzə inanar və güvənərsəniz, kişini də buna inandıra bilərsiniz.Qadın asanlıqla təslim olmadığında ya da hər an, hər yerdə yumşaq başlı və itaətli bir rəftar göstərmədiyində onun ürəyini qazanmağa çalışmaq kişi üçün çox daha xəbərdaredici olacaq..Hörmət ən əhəmiyyətli ünsürdür. Qadın özünə olan hörməti və münasibəti arasında bir seçim etmək məcburiyyətində qalsa, daim özünə olan hörmətini seçməlidir. Bu gec-tez qarşısındakı kişinin də hörmətini oyandıracaq.Kişi hansı qadının istəklərinə daha asan boyun əyəcəyni çox yaxşı müşahidə edər. Bu səbəblə ona doğru, özünüzə güvəndiyinizi müəyyən edən güclü addımlar atın...Qanunlarınızın və sərhədlərinizi olması, sizin özünməxsus seçimlərinizin olduğunu da ortaya qoyur ki bu vəziyyət də sizin xarakterinizi göstərmiş olur. Əgər həyatınızı tamamilə yeni tanış olduğunuz kişiyə görə şəkilləndirirsəniz, ona möhtac olduğunuz təəssüratını oyadır və bu vəziyyət şəxsiyyətinizi bir anda silib süpürər. Halbuki həyata qarşı dimdik dayanan bir qadın olduğunuza, əvvəlcə özünüz inanmalısınız.

Qadın münaisbətdə olduğu kişiyə rahat bir nəfəs ala bilməsi üçün zaman verməlidir. Beləliklə, qarşısındakı insan özünü qəfəsə qoyulmuş bir aslan kimi hiss etməz. Eyni vəziyyət sizin üçün də etibarlı olmalıdır. Hər iki tərəfin də özünə aid xüsusi bir dünyası və zamanı olmalıdır.

Onunla hər hansı bir şey üçün deyil, həqiqətən xoşlandığınız və gözəl anları çoxaltmaq istədiyiniz üçün yanında olduğunuzu hiss etdirin.Hər kişi əvvəl 'cazibədar' gördüyü qadına yaxınlıq duyacaq, yoldaşlıq ya da dostluq istəyib-istəmədiyinə isə daha sonra qərar verəcək. Bu tənliyi boş yerə tərsinə çevirməyə çalışmayın.Bir qadın başqa bir qadınla rəqabət etməyə cəhd etsə, öz dəyərini azaldar. Kişiyə ona bir dəfə güclü olduğunu hiss etdirsəniz, sizi qorumaq və önünüzə dünyaları sərmək üçün əlindən gələni edəcək.Az və öz danışın. Kişilər az və öz danışan qadınları seçərlər. Çünki bu onsuz da öz aralarında danışdıqları dildir.Siz xoşbəxt olduğunuzda özünü daha azad və güclü hiss edəcək. Gülümsəyin və yaşanan andan kef almağa çalışın. Davamlı şikayət etməyinizi bir zəiflik olaraq qəbul edəcək.Sakit olmaq. Bu xüsusiyyət kişilər üçün çox da cazibədar gələn bir xüsusiyyət deyil. Kişiyə asılı deyil də "yanında" olun . Həqiqətən güclü qadınlar hörmətə niyə belə ehtiyac duyduqlarını əsla açıqlamazlar. Yalnız, özlərinə hörmət göstərməyən kişilərlə maraqlanmazlar o qədər!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 677
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri