Kişilərin bu aksesuarı beyin qan dövranını pozur

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 476
Səs ver:
(səs: 1)
Şlezviq-Qolstayn Universitetinin (Almaniya) Tibb mərkəzinin alimləri sübut edir ki, qalstuk taxmaq beyin qan dövranına mənfi təsir edir.

Alimlər eksperiment zamanı 2 qrup cavan sağlam kişilərə nəzarət edirdi. Bir qrupda olanlar qalstuk taxırdı və gün ərzində onu çıxartmırdı, digər qrupda olanlar isə ümumiyyətlə qalstuk taxmırdı.

Müayinə zamanı məlum olub ki, birinci qrupda olan kişilərin əksəriyyətində beyin qan dövranında pozulmalar var. 2-ci qrupda olanlarda isə bu pozulmalara rast gəlinməyib.

Mütəxəssislər xəbərdarlıq edir ki, boyun damarlarının qalstukla uzun müddət ərzində sıxılması yolverilməzdir. Bu səbəbdən işlə bağlı olaraq daim qalstuk taxmalı olan kişilər onu sıx bağlamamalı və vaxtaşırı olaraq qalstuku çıxartmalıdırlar.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 476
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri