Kişilər evlənəcəkləri qadını necə seçir?

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 3 946
Səs ver:
(səs: 0)
Kişilər seçdikləri qadında bir çox xüsusiyyət axtarır. Seçəcəkləri şəxslərdə axtardıqları əsas xüsusiyyətlər qadınların özlərinə güvənməsi, baxımlı olmaq, xarakterlərinin yaxşı olması, bir-birlərinə nə qədər uyğun olduqları və buna oxşar xüsusiyyətlərdir.

Bir çox kişi həyat yoldaşından bəhs edərkən “onunla evlənəcəyimizə əmin idim” deyir. Bəs qadınları anlamadıqları deyilən kişilər bunu necə bacarır? Nə qədər müddətdə bir qadın ilə gələcək quracağını anlayır? Bu müddət sizi şoka salacaq: Cəmi 20 saniyədə!

Bunu necə bacarırlar?

1. Özünüzə nə qədər güvəndiyinizə baxırlar.

Başınızı və bədəninizi dik tutursunuzsa, göz təması qurursunuzsa, əlini bərk tutursunuzsa, bu, özünüzə güvəndiyinizi göstərir. Özünə güvənən kişilərin məhz bu cür qadınlardan xoşu gəlir. Kəşf etməyi sevən kişilər isə məsafəli qadınlardan daha çox xoşlanır.

2. Sizdən gözəl uşaqlarının olub-olmayacağına əhəmiyyət verirlər.

Kişilər də qadınlar kimi bir qadının görünüşünə diqqət edərək gələcəkdəki övladlarının xarici görünüşünün necə olacağını anlamağa çalışırlar.

3. Azad ruhlu qadınları sevirlər.

Geyiminizə baxaraq çılğın və ya klassik biri olub-olmadığınızı qiymətləndirirlər. Cəsur geyim tərzi qadının azadlığı sevdiyini göstərir. Əgər geyim tərziniz fiziki quruluşunuz və xarakterinizə uyğun deyilsə, o dəqiqə hiss olunur.

4. Bədxərc, yoxsa qənaətcil olduğunuzu bilirlər.

Kişilərin markalardan heç nə anlamadığı fikri doğru deyil. Geyiminizə və görünüşünüzə baxaraq sizin çox pul xərcləyən biri olub-olmadığınızı tez anlayırlar.

5. Çətin biri olub-olmadığınızı anlayırlar.

Birlikdə olduğunuz zaman getdiyiniz məkan, içki və yemək seçimləri, getdiyiniz yerdəki hərəkətləriniz sizin çətin bəyənən və ya kaprizli olduğunuzu göstərir.

6. Pozitiv biri olub-olmadığınızı ilk görüşdən başa düşürlər.

Kişilər tanış olduğunuz andakı üz ifadənizdən nə qədər pozitiv biri olduğunuzu anlayırlar. Çatma qaş, narahatlıq içərisində çeynənən dodaqlar, qıraqları yeyilmiş dırnaqlar heç də müsbət əlamət deyil. Kişilər həyat sevgisi yüksək olan qadınlarla birlikdə olmaqdan xoşlanırlar.

7. Şikayəti sevmirlər.

Soruşduğu hər suala şikayət cümləsi ilə başlayırsınızsa, onun beynində şübhələr oyadırsınız. Kişilər adətən həyatı qarşılarına çıxan formada qəbul edir və şikayət etmirlər. Sizin hadisələrə baxışınızdan ömür boyu söylənib-söylənməyəcəyinizi anlaya bilərlər.

8. Ondan xoşunuz gəldiyini o dəqiqə anlayacaqlar.

Bir kişi ondan xoşunuz gəldiyini ilk 20 saniyədə anlayır. Qarşı cins bədən dilini oxuyan biridirsə, o dəqiqə sizin hisslərinizi ölçür. Nəticələrə əsasən sizi daha yaxından tanıyır və ya uzaqlaşır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 946
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri