Kişilər ağlamazlar, ağlasalar da kişi kimi ağlayarlar!

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 2 334
Səs ver:
(səs: 0)
Kişilər niyə ağlamaz?!, Ağlaya bilməz ki, onlar?!… Göz yaşlari olmadığından deyil… Kimlərinsə “Kişilər Ağlamaz” dediyi üçün də deyil… Qəlbləri daş olduğundan heç deyil!!

Onlar…Ağlamayan deyilərdirlər, ağlaya bilməyənlərdir… Halbuki o qədər çox istəyirlər ki ,ağlamağı.. Bağıra bağıra.. Hıçqıra -hıçqıra.. Özünü unudarcasına…Amma… Çatlayar ürəkləri yenə də ağlaya bilməzlər… Göz yaşının olduğu yerdə “rəhmət” olacağını da bilirlər… Bir damla rəhmət üçün, min damla yaş tökməyə hazırdılar… Hazirlanarlar….

Ağlaya bilməzlər… Mənasız qəhqəhələr içində boğular hıçqırıqları… Fəryadı tutar, acını içlərinə çəkər onlar! Fələk, onların qulağına bir şey pıçıldamışdır… Tam olaraq anlada bilməzlər nə olduğunu ancaq heç unutmazlar yenə də… Anlata bilmədikləri üçün ağlaya bilməzlər… Ağlaya bilmədikləri üçün anlata bilməzlər…. Bir gülün dibinə diz çöküb ağlasa onlar…

Goz yaslarıyla gülün rənginə rəng qata bilərlər bəlkə… Amma edə bilməzlər… “Birdən solar?” deyərlər… Solar bəlkə də ,amma soldurmazlar!!! Hər kəs onları “ağlaya bilməz” düşünər… Çünki heç kim göre bilməz içlərinə axan yaşları!!!

Içəridə qanayan, yaranı, içəridəkindən qeyrisi bilməz! Yanaqlarından süzülmədiyi üçün də heç kim silə bilməz göz yaşlarını..

Kişilər ağlayar əslində qadınlardan da çox ağlayarlar.... ŞAM ağacı kimi .....

Necə o ağac yarpaqlarını yayda tökür çox insan belə hiss etmədən,hammı onun adını həmişə yaşıl qoyub .....Kişilərdə belədir əslində onlar insanlar güləndə ən çox ağlayırlar..Gülə gülə ağlayırlar.Duyanlar bilir o göz yaşını..

Duyanların silməsini istəyir kişilər.Onlarda hərdən körpə uşaq kimi başlarını kiminsə dizinə qoyub eləcə doyunca ağlamaq istəyərlər..İstəyərlər,amma çox çətinliklə taparlar o dizi, yaxuda heç tapmazlar....
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 334
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri