Kişini ovcunuzda saxlamaq istəyirsinizsə OXUYUN

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 1141
Səs ver:
(səs: 1)
Çətin bir mübarizədən sonra bir kişinin maraq sahəsinə girməyi bacardınız. İndi növbə o kişini, əldə saxlamağın sirlərini öyrənməyə gəldi. Qadinla.com saytı, bir kişini əldə saxlamağın yollarını araşdırdı. Xəbərimizi oxuyaraq, onu özünüzə necə tamamilə bağlayacağınızı və necə əlinizdə saxlayacağınızı öyrənə bilərsiniz.

Kişini əldə saxlamağın 13 yolu

1. Kişilər uşaq kimidir. Tez sıxılarlar. onların oyuncaqlarını tez-tez dəyişdirin. Başlarını qatacaq yeni şeylər tapın və tapdıqlarınızın hamısı sizin idarənizdə olsun. Kişilərin oyuncaqları arasında yeni hobbilər, əyləncələr, qısa məsafəli (sizinlə birlikdə) səyahətlər kimi,həmişə sizin təşkil etdiyiniz layihələr olsun.

2. Özünüzü və görünüşünüzü də tez-tez dəyişdirməyi unutmayın. Evin əşyalarını, evin özünü, avtomobili, sahib olduğunuz ortaq hər şeyi mülkiyyəti öz üzərinizə keçirin. Kişinin cibində cib xərcliyi xaricində pul buraxmayın.Yoxsa, çox pul kişini azdırar və yeni içində sizin olmadığınız xəyallar qurmağa başlayar.

3. Onu elə inandırın ki, əgər siz onu tərk etsəniz, həyat onun üçün bitəcək,küçələrdə yaşayan bir məzlum olacaq.Əgər siz olmasanız nə adam kimi bir şey yeyə biləcək, nə də içə biləcəkdir.

4. Nə vaxt özünə güvəni artsa dərhal onun güvənini qırın qarnından,çəkisindən,saçından,saqqalından şikayət edin. Özündə başqa qadınları xəyal edəcək gücü belə tapa bilməyəcək. Amma ona gözəl yeməklər, ütülü və təmiz paltarlar təqdim etməyə laqeyd yanaşmayın.

5. Əgər bir evdən uzaqlaşmağa başlamışsa və yoldaşlarıyla görüşməkləri çoxalmışsa, siz ondan çox çölə çıxın, gəldiyində sizi evdə tapa bilməsin. Belə vəziyyətlərdə ona yemək və təmiz paltar verməməklə onu cəzalandırırın.

6. Qısa zamanda yola gəldiyini görəcəksiniz. Evdə əylənməsini, evdə televiziya və film seyr etməklə vaxtını keçirməsini təmin edin. Həftə sonları onu mütləq bir yerlərə aparın.Yaxşıca yorulmasını təmin edin. Yorğun kişilər üçün ev bir sığınacaqdır və yorğun kişilər təhlükəsiz olarlar.

7. Ailə dostlarının və dostlarının xanımlarına diqqət yetirin dul,subay və evli olmaqlarına baxmayaraq gözü çöldə olanları yoldaşınızdan,sevgilinizdən uzaq tutun.

8. Həyat yoldaşınızın,sevgilinizin iş yerinə tez-tez gedin və oradakı potensialı təhlükəli olan qadınları təyin edin və onlarla dostluq qurun. Beləliklə, onları nəzarət altına ala bilərsiniz.

9. Həyat yoldaşınızı,sevgilinizi mükafatlandırmaqdan qaçmayın,hər fürsətdə onu tərifləyərək şişirdin.Amma özündən çox razı qalmamasına diqqət edin. Yoxsa həqiqətən özlərini bir şey sayarlar.

10. Əgər evlisinizsə dərhal hamilə qalın və uşaq sahibi olun.Uşaq kişini evə bağlayar,onu yaxşı əyləndirər.

11. Adətən yaxşı xasiyyətli olun.Kişinin başını çox şişirtməyin.Ancaq zaman-zaman böyük bir dava çıxardaraq onu əzin. Kişi həm həyəcanlanar,həm də sizi itirmək qorxusu ilə sizə daha çox bağlanar.

12. Əgər sizə qarşı incidici və pis davranışlar göstərirsə, ona dərhal cəza verin. Bu cəza yataqdan yeməyə qədər geniş bir cəza ola bilər.

13. Bir iti öyrədən kimi yaxşı davranışlarını mükafatlandırın, pis davranışlarına cəza verin. Beləcə sərhədlərini öyrənəcək və ona görə davranacaq. Görünüş olaraq həmişə ondan yaxşı görünməyə çalışın.

(səs: 1)
Şərhlər: 9
Baxılıb: 1141
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
KRALİCEM
Axirinci hormetsizlik oldu))))hem yoldasdarimiza unvanli yazilib hemde it yazilib ayibdi(((((((
19 avqust 2019 05:50
9
sukur verdiklerine
Offline
Narın Yağış
8. Həyat yoldaşınızın,sevgilinizin iş yerinə tez-tez gedin və oradakı potensialı təhlükəli olan qadınları təyin edin və onlarla dostluq qurun. Beləliklə, onları nəzarət altına ala bilərsiniz.

- Bunu heç 1 yerdə oxumadan öz ağlımla edirdim 23 Əvvəl 1 yerdə işləyirdik.Daha sonra iş yerlərmiz ayrıldı sora işdən çıxdım.Amma tez-tez gedirəm iş yerinə.1 neçə qıznan ünsiyyətimi gücləmdirmişəm deyir sənin zəhlən getmirdi ondan? 122 Süni səmimiyyət etmirəm amma mənə qarşı sevgisini filan onlarada hiss etdirirəm ki güya bunlarnan aram əladı) Necə deyərlər dostunu yaxın tut düşmənini ondanda yaxın. (İmiş kimi göstərirəm).
13 avqust 2019 18:28
8
Düşsən üstündən keçəcək insanlar var...

Ayaqda qal...
Offline
Love-Girl
Ay baji, yaxsi deyirsen xow deyirsen e amma))) her kiwiuede bele etmek olmur axi. Yoldasim gec geldi deye mende acig edib harasa gedsem gelib meni evde tapmasa var haa, inan ki qirgin yoxe facie olar.
13 avqust 2019 14:11
7
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
13 avqust 2019 14:07
6
Səni çooxx sevirəm heartƏsgərimheart
Offline
Tomris Müslümova
Men onu ovucumun içinde yox üreyimde saxlayıram. Eger qiymetimi bilmese demeli çöreyi dizindedi.
Oxudum ve gelecek evlilik heyatımda işe yarayacağını düşünürem. Indi bezilerini edirem meselen meni itirse heyatı biter 02 Ne vaxt özgüvenli danışırsa onu o özgüvenini qırıq-qırıq elemek menim boynuma :)
13 avqust 2019 11:20
5
Mənim olan bu heart səni çox sevir!!!
Offline
Fidan.A
Nese cox guldume yazilanlara eslinde dogrudur)) qadin boyuk quvvedi)
13 avqust 2019 06:34
4
Offline
❤Mələyim❤
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
13 avqust 2019 00:34
3
Offline
BARBI
Ehhh kisileri elde saxlamaq cox cetin meseledi.Her kes bacarmaz
13 avqust 2019 00:01
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
diablo
Əgər bir evdən uzaqlaşmağa başlamışsa və yoldaşlarıyla görüşməkləri çoxalmışsa, siz ondan çox çölə çıxın, gəldiyində sizi evdə tapa bilməsin. Belə vəziyyətlərdə ona yemək və təmiz paltar verməməklə onu cəzalandırırın.
Bunu etsəm məni çoxdan atar bayıradeli
12 avqust 2019 21:53
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri