Kişilərə əsla bağışlamamız gərəkən davranışlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 4 422
Səs ver:
(səs: 0)
Xəyanətdən daha betər kişi səhvləri ola bilər ki, onları əsla bağışlamaq olmaz.

1. Əgər o sizin arxanızda başqa qızlarla yazışırsa bu xəyanətə aparan incə bir çizgidir.

2. O sənin işinə, karyerana və ya xobbinə hörmət etmirsə, o sənə həmişə qeyriciddi yanaşacaq.

3. O səni öz uğursuzluqlarında günahlandırırsa, demək ki o öz hərəkətlərinə cavabdeh olmaq üçün yetərincə müdrik deyil.

4. Sənin ailən və dostlarına qarşı hörmətsizlik edirsə bu gərginlik hər zaman davam edəcək.

5. Səninlə bağlı adam içində yersiz zarafatlar edirsə demək ki o nə sənə nə də münasibətinizə hörmət etmir.

6. Sənin sevmədiyin bir şeyi etməyə səni vadar edirsə demək o sənin sərhədlərinə hörmət etmir.

7. Səndən istifadə edirsə. Sən onun qulluqçususu deyilsən, anası da deyilsən. Münasibətinizdə hər şey qarşılıqlı olmalıdır.

8. Əgər sənə və ya heyvanlara şiddət göstərirsə. Əgər o şiddətə əl atırsa, hətta bir heyvana təpikləyirsə bu onun qəddarlığının nəticəsidir.

9. Spirtli içki və ya digər pis alışqanlıqları varsa. Əgər o pis vərdişlərin asılısı olduğunu dərk etmirsə bu münasibətinizə mənfi təsir edər.

10. Xırda şeylərdə belə sənə yalan danışırsa.

11. Sənə inanmırsa. Mesajlarını oxuyursa, hər şeydə kontrol etmək istəyirsə bu sağlam münasibət deyil, bu onun problemidir.

12. Səni başqaları yanında alçaldırsa, hətta bu zarafatyana olsa belə bağışlanmazdır.

13. Səni keçmiş sevgilisi ilə müqayisə edirsə. Heç kim münasibətində başqasıyla rəqib olmağı istəməz.

14. Sizin problemlərinizi iqnor edirsə. Ya da səni çox narahat edən bir şeyi kiçik görürsə ona güvənmək olmaz.

15. Başqasını səndən daha üstün tutursa. Sən onun prioriteti olmalısan.

16. Sənə hər zaman keçmişi xatırladırsa. Əgər siz nəyisə unutmaq istəyirsənizsə bu unudulmalıdır. Ona özün haqqında çox özəl bir şey danışmısansa o bunu sənə qarşı istifadə etməli deyil.

17. Sənə necə dəyər verib sevdiyini hissetdirmirsə. Bəs onunla niyə birlikdəsən?

18. Sənə dəstək olmursa. Çətin vəziyyətdə səni daha da çətinə salmalı deyil. Sənin arxa dayağın olmalıdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 422
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri