Ciddilik uzun əsrlərboyu ən yaxşı xarakter hesab olunurdu. Lakin amerikalı alimlərin apardıqları araşdırmalar göstərib ki, bu heç də həmişə belə deyil. Nyu-Cersidəki Ratcer Universitetinin elmi işçiləri tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, qadınların və qızların əksəriyyəti ciddi kişiləri sevmir. Nəticədlə onların özlərinə istədikləri həyat yoldaşlarını tapmaq şansları azalır.
"Təcrübələrəin əvvəllərindən görünürdü ki, qadınlar ciddi və özlərinin özəlliklərini təqdim etməyi bacarmayan kişilərə mənfi yanaşırlar"-deyə araşdırmaların rəhbəri professor Lari Radmen vurğulayıb. Onun sözlərinə görə, ciddi və özünəqapalı kişilər qadınların gözlərində zəif, öz gücünə əmin olmayan kişilər kimi görünür.