Uzaq gəzməli olduğumuz 8 kişi tipi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 5256
Səs ver:
(səs: 1)
Həyatımız verdiyimiz qərarlar əsasında formalaşır. Hansı məktəbə gedəcəyimiz, hansı şəhərdə yaşayacağımız və ya hansı işi seçəcəyimiz kimi böyük seçimlərdən tutmuş bu gün nə yeyəcəyimizə qədər bütün qərarlar günümüzü, həftəmizi, ömrümüzü formalaşdırır.

Həyatımızda ən böyük qərar kimi sevəcəyimiz, yola kimlə davam edəcəyimiz və ömrümüzü kiminlə keçirəcəyimizdir. Bu mövzuya duyğular da qarışdığı üçün qərar vermək xeyli çətinləşir, xüsusilə də bir qadın üçün.

Qadın və kişi münasibətləri hər zaman çətin və qarışıq olub. Məsələ iki fərqli insanın bir həyatda yer almağıdır. Qadın üçün “doğru insan” dediyi şəxsi müəyyən etməkdən ötrü bir sıra səbəblər var, çoxumuz bunları bilirik. Təkrarlamaq və bilmədiklərimizi öyrənməyimiz üçün bu məqalə yaxşı seçimdir.

Kişilər səhifəni bağlayıb çıxmasın. Onlar yazılanlardan hansı xüsusiyyətləri özlərində görürsə, onu düzəltməyə çalışsınlar.

1. Özünəinamı olmayan kişilər

Siz “Çox sevdiyi üçün qısqanır”, “kişi qısqanar” deyib özünüzü də buna inandırırsınız, çünki belə böyüdüldünüz. Ancaq bu belə deyil, qarşınızdakı şəxs sizə inanmadığı və münasibətdə güvən olmadığı təqdirdə əlaqə heç zaman sağlam ola bilməz. Bilirik, sizə inanır, başqalarına yox. Bu da növbəti bəhanədir.

2. Vaxtınızı alan kişilər

Həyatda bir dəfə yaşayırıq və bu müddət başqasına görə yaşamağımız üçün qısadır. Əgər özünü tamamilə sizə həsr etmirsə, həyatdan eyni şeyləri gözləmirsinizsə, vaxt itirməyə dəyməz.

3. Özünüzü pis hiss etməyinizə səbəb olan kişilər

Hər nə qədər sizi sevdiyini desə də, daima sizi tənqid edən, bu mövzuda narahatlığınızı ciddi qəbul etməyən kişilərdən uzaq olun. Sizə kobud davranan, özünüzü pis hiss etdirən kişi ilə münasibətinizi düşünmədən bitirin. Xoşbəxt olmadığınız və özünüzü rahat hiss etmədiyiniz bir münasibət sadəcə ağır bir yükdür. Yol yaxın ikən geri dönməkdə fayda var.

4. Həyatın puldan ibarət olduğunu düşünən kişilər

Unutmayın, sizin də sevdiyiniz insanın dəyəri də sahib olduğunuz maddiyyatla ölçülmür. Həyatın mənasını yalnız pulda görən insanlardan, xüsusilə də kişilərdən uzaq olun. Unutmayın, pulla çox şey ala bilsəniz də həqiqi sevgini almaq mümkün deyil.

5. Sizinlə sahibiniz kimi rəftar edən kişilər

Birinə aid olmaq, bir-birini tamamlamaq çox insana romantik görünsə də, siz insansınız və kimsə sizin sahibiniz deyil. Sizə bərabəri kimi davranan kişi ilə münasibət qurun.

6. Evlilik mövzusunda sizinlə həmfikir olmayan kişilər

Münasibətinizdə hər şey qaydasında ola bilər. Siz o böyük günü səbrsizliklə gözləyərkən, sevgiliniz bu fikirdən uzaqdırsa, nizamlı bir həyat düşüncəsinə hazır deyilsə və hələ də həyatında belə dəyişiklik etmək niyyəti yoxdursa, onu məcbur etmək problemi həll etməyəcək. Əksinə, belə evlilik xəyallarınızı alt-üst edə bilər. Sizinlə eyni düşüncədə olan biri ilə daha xoşbəxt olarsınız.

7. Eqoist və paylaşmağı sevməyən kişi tipləri

Əgər sevdiyiniz adam sadəcə özünü düşünürsə, hər şeyi sizinlə bölüşmürsə belə insanla xoşbəxt olmaq ehtimalınız çox azdır. Paylaşmaq evliliyin təməlidir.

8. Günahını qəbul edə bilməyən kişilər

Demişdik, münasibətlər çətindir. Hər şeyin daima yaxşı olmayacağı əvvəldən məlumdur. Münasibətdə bir problem olan zaman o problemi həll edə bilməyin ən sağlam yollarından biri xəta edən insanın bunu qəbul etməsidir. Haqsız olduğunu qəbul etməyən, həmişə başqa günahkar axtaran və xətalarını təkrarlayan adamlardan kənar olun.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5256
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 971
Xəbər sayı: 13
Qeydiyyat: 21.01.2020
Army_Blink
Sitat: BARBI
Sahibiniz kimi reftar edenler en sevmediyim tipdir

Menimde
4 aprel 2020 00:27
7
#**¶ Bu GÜnÜ yAŞa!!! SaBAhI düŞüNMe!
ÇÜnkÜ sABah OLmaYaDA bİlERsEn!!! *¢¶
Şərh sayı: 15070
Xəbər sayı: 6883
Qeydiyyat: 23.04.2016
YalniZ-ArZu
Mamam demis, kisi arzulayib olen, seni gorbagor olasan.122
Umumiyyetle bacardiginiz qeder butun kisilerden uzaq gezin))
4 aprel 2020 00:27
6
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Şərh sayı: 80409
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
Sahibiniz kimi reftar edenler en sevmediyim tipdir
3 aprel 2020 23:48
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 245
Xəbər sayı: 812
Qeydiyyat: 12.03.2019
diablo
Yuxarıda yazılanlardan 1-ci və 3-cü yoldaşıma aiddir.Mən sənə inanıram başqalarına inanmıram.Məncə də doğrudur yazılanlar.Bəhanədir bu.Tənqid edəndə çox çəkilməz olur.Sanki özü mükəmməlmiş kimikzgnHər kəs səhv edə bilər bu onun üzünə vurulmamalıdır.Bunu tənqidi yox sakit şəkildə başa salmalıdır mınim fikrimcə.Yaralı yerimə toxunudunehmmmAmma uzaqlaşa bilmirəm.Çünki çox sevirəm elə olsa da09Təşəkkür canım gözəl mövzu üçün
3 aprel 2020 21:10
4
Only my loved ones are in my book called Life.
Şərh sayı: 370
Xəbər sayı: 12
Qeydiyyat: 31.03.2020
_pandam_
Yazılanların her biri düzdü.. Teşekürler.
3 aprel 2020 21:07
3
Şərh sayı: 440
Xəbər sayı: 0
Qeydiyyat: 21.07.2019
Ays
Sitat: _Tək_ İL_
Super məlumat. Təşəkkür
3 aprel 2020 21:02
2
Şərh sayı: 878
Xəbər sayı: 19
Qeydiyyat: 27.06.2019
_Tək_ İL_
Super məlumat. Təşəkkür
3 aprel 2020 21:01
1
Dəli ^_^

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri