Bu vərdişlər xanımları sizdən uzaqlaşdırır –KİŞİLƏRİN MENYUSUNA

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 5 671
Səs ver:
(səs: 0)
Xanımların sizdən xoşlanmaşı üçün təkcə yaraşıqlı olmaq bəs etmir. Hətta idmançı bədəninə malik kişi bəzi vərdişləri ilə zərif cinisin nümayəndələrini qorxuda bilər.

1) Aqresivlik

Bu hünər və fərasət göstəricisi deyil. Qızların aqressiyadan xoşları gəlmir. Onların fikrincə sizin xasiyyətiniz pis və dayanıqlı deyil.
Əgər sizdə səs tonunu qaldırmaq, söyüş söymək kimi vərdişlər varsa, öz üzərində işləməlisiniz. Yoxsa heç bir qız sizə yaxın durmayacaq.

2) Keçmiş sevgililərin haqda söhbət
Görüş zamanı onunla keçmiş sevgililərini müzakirə etməyin. Nə yaxşı, nə də pis tərzdə. Qadınlar bunu heç xoşlamır.

3) Lovğalıq və təkəbbür
Heç kim lovğa adamın yanında özünü rahat hiss etmir. Başqaları üzərindəki üstünlüyünü nümayiş etdirmək yaxşı vərdiş deyil. Xüsusən də, əgər bu reallıqdan uzaq bir şeydirsə. Dünya çempionu olsanız belə, təvəzökarlığınız daha səmərəli olar, nəyinki təkəbbürünüz.

4) Qadınlarla rəqabət aparmaq istəyi
Əgər siz qadınlarla rəqabət aparmaq kimi bir vərdişiniz varsa, heç vaxt onlar üçün cəlbedici olmayacaqsınız. Özünüzü heç kimlə müqayisə etməyin. Bunu yalnız özündən əmin olmayan insanıar edir.

5) Qətiyyətsizlik
Əgər bir şeyi söz verib etmirsinizsə, qadınlar sizi qeyri-ciddi və qətiyyətsiz insan kimi qəbul edəcək. Sözünə sahib çıxmayan kişi qadının nəyinə gərəkdir?

6) Yalan
Yalan münasibətlərə zəhər qatan bir vərdişdir. Həmçinin bu kişiyə heç yaraşmayan bir xüusiyyətdir.

7) Hər şeydə üstün olmaq istəyi
Əgər siz hər an üstünlüyünü qabartmağa çalışırsınızsa, qarşındakı qadına öz istəklərini ifadə etməyə və münasibətlərinizdə iştirak etməyə imkan buraxmırsınız. Beləliklə, sən ona qarşı hörmətsizlik edirsiniz. Bu da ki yaxşı bir şey deyil.

8) İnfantillik (Yüngüllük)
Əlbəttə ki, hərdən bütün qaydaları qırağa atıb gülməli və qeyri-adi bir şey etmək istəyirsiniz. Bu normaldır. Lakin bu cür xasiyyət münsaibətlərinizin daimi parçası olmamalıdır. Qızlar məsuliyyətli, qərar verə bilən və gələcək barədə plan hazırlayan kişiləri xoşlayır.

9) Laqeydlik
Əgər ətrafdakılar və həyatında baş verən hadisələr sizin vecinizə deyilsə, qarşındakı qadından müsbət münasibət gözləməyin. Biveclik bəzən filmlərdə yaxşı şey kimi qələmə verilir. Reallıqda isə belə insanlar etimad qazana bilmirlər.

10) Maddi müvəffəqiyyətin aşırı nümayişi
Maddi baxımdan təminatınız yaxşı olsa da, bunu hər dəfə nümayiş etdirməyiniz yaxşı bir şey deyil. Təkəbbür heç bir insana xeyir gətirmir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 5 671
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri