Kəskin prostat

Müəllif: Lalə B.
Şərhlər: 0
Baxılıb: 546
Səs ver:
(səs: 0)
Prostatit kişilərdə cinsiyyət vəzinin çox nadir təsadüf olunan iltihabİ xəstəliyidir. İnfeksiya prostat vəzinə kanalikulyar yolla sidik kanalında, sidik kisəsində iltihab olduqda daxil olur. Təsadüfi hallarda mikroblar irinli-iltihabi ocaqlardan ( frunkul, karbunkul, haymorit, angina, pnevmoniya) keçir. Postat şirəsi bakteriosit təsirə malikdir. Ona görə də vəzidə iltihabi prosesin inkişafı üçün sekretin durğunluğu və venoz stazın yaranması kimi faktorlarn olması lazım gəlir. Bunlar da soyuqdəymə, qəbzlik, həddən artıq alkohol istifadəsi, hipodinamiya zamanı müşahidə olunur. Prostat əksər hallarda stafilokokk, streptokokk, bağırsaq çöpləri, pnevmokokk, göy irin çöpləri, trixamonada tərəfindən törədilir.

Gedişinə görə iki cür olur:
1) kəskin prostatit
2) xroniki prostatit

Kəskin prostatit zamanı siyimə aktı ağrılı olur, xüsusən ağrılar gecə müşahidə olunur. Prostat vəzinin sekretinin müayinəsində çoxlu miqdar sekretinin tapılması, selikli-irinli sapların olması müşahidə edilir. Xəstələr aralıqda olan küt, sızıldayıcı ağrılardan və onların cinsiyyət üzvünün ucuna və arxa keçəcəyinə sirayət etməsindən şikayət edirlər. Siyimə aktı tezləşir, ağrılı olur və çətinləşir. Bədən hərarəti 38-39 dərəcəyə qədər artır. Digital-rektal müayinədə prostsat vəzi ölçülərinin asimmetrik böyüməsi, ağrılı olması və bərkiməsi müşahidə edilir. Prostat vəzin müayinəsindən sonra sekretdə çoxlu miqdarda irin sapları və mikroskopik müayinələrdə leykositlər tapılır. Xəstələrdə üşütmə, ümumi zəiflik, susuzluq, iştahanın itməsi, ağrılı sidiyə getmə, defekasiya aktının çətinləşməsi və bəzən hətta sidik tutulması müşahidə olunur.

Diaqnozu:
Kəskin prostatitin diaqnostikası xəstənin anamenezinə, şikayətlərinə əsasən qoyulur. Prostatt vəzin barmaq müayinəsi zamanı böyüməsi və ağrılı olması aşkar edilir, prostat sekretində leykositlərin sayı artır. USM müayinəsi də diaqnostikada böyük rol oynayır.
Müalicəsi:
Kəskin prostatit üçün xəstələrə yataq rejmi tövsiyyə olunur. Pəhrizdə kəskin qıcıqlandırıcı yeməklər rejimdən kənar edilir. Kəskin təsirə malik antibiotiklərlə və ftorxinolonlarla müalicə aparılır. Xəstədə ağrılı siyimə varsa rektal şamlardan istifadə olunur. Aralıq nahiyəsinə qızdırıcı kompres, isitqac və isti vannalar təyin olunur.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 546
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri