Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1919
Paylaş:
Səs ver:
(səs: 1)
Rənglərin insan həyatına təsiri artıq sübut olunmuş faktdır. Qadınların sevərək, rənginə önəm verərək geyindiyi paltarların əks cinsin nümayəndələri tərəfindən diqqət çəkdiyindən isə çoxları bəlkə də xəbərsizdir.

Gəlin, kişiləri özünə cəlb edən rənglərin hansı olduğunun sirrini birgə öyrənək. Qeyd edək ki, rənglərin psixologiya üzərində təsiri artıq elmi araşdırmalar nəticəsində öz əksini tapıb.

Beləliklə, seçdiyiniz paltar rənglərinin hansı xarakterli kişiləri sizə "gətirəcəyini” bilmək istəyirsinizsə, aşağıdakı üç rəngə xüsusilə diqqət etməyiniz lazımdır.

Yaşıl rəng

Bir kişi ilə tanışlığınızda göstərdiyiniz qayğı dolu görünüşünüz onu sakitləşdirir və qarşı tərəf öz şəxsi həyatını sizə açmağa başlayır. O, özünü sizin yanınınzda çox rahat hiss edir, çünki ona hərtərəfli dəstək olacağınızı bilir. Çox yaxşı bir dinləyici olmağınızla bərabər, içinizdən gələn güvən sayəsində bir kişinin bir əlaqədən nə gözlədiyini anlaya bilirsiniz. Bir kişidə ən çox diqqətinizi çəkən xüsusiyyət zəkadır. Qurduğunuz əlaqələrdə sədaqət və bağlılığa çox önəm verirsiniz. "Yaşıllar” uzun müddətli əlaqələr üçün ayaqlarını yerə basan, inanıla bilən kişiləri seçərlər.

Diqqət: Dürüst və məsum bir təbiətiniz olduğu üçün həyatınızda doğru insanı tapmağınız çətin olur.

Mürəkkəb rəngi (yasəmən rəngi)

Lalə Bağırova
Bir kişidə sizi ən çox çəkən cəhət enerjisidir. Amma əslində yanında ən çox rahatlana biləcəyiniz kişi sizi sakitləşdirə biləndir. İçinizdəki coşqu kişiləri cəlb edir. Həyatlarına həyəcan qatdığınızı və həyatlarındakı bütün maneələri qaldırdığınızı düşünürlər. Çox sadiqsiniz və əlaqələrdə ciddiyyətə önəm verirsiniz. Bir sıra kriteriyaları keçdikdən sonra kişidə ən çox önəm verdiyiniz şey xarici görkəmidir. Bu rəngi seçənlər yaraşıqlı kişilərlə evlənirlər.

Diqqət: Qarışılaşdığınız insana şans verin.

Portağal rəngi

Bu rəngi seçənlər ağıllı insanlara həyatlarını qurarlar. Xoş görünüşünüz, sevimli olmağınız kişilərin diqqətini çəkir. Sizin üçün toxunmaq çox önəmlidir. Bu yolla insanlara onları dinlədiyinizi və onlarla maraqlandığınızı bildirirsiniz. Sizə bir şeylər öyrədə bilən kişilərlə evlənməyi düşünürsünüz, cünki ağıllı insanlarhəmişə sizi çəkir.

Diqqət: Bir kişi ilə tanışdığınızda duygusal tərəfinizi saxlayırsınız. Onun görə bildiyi sadəcə məntiqli tərəfiniz olur. Əgər zamanla ona içinizdəkiləri deməsəniz, sizi yanlış tanıya bilər.
 

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1919
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv