Kişilər Niyə evlənmək İstəməzlər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 015
Səs ver:
(səs: 4)
Evliliyin, bir birlikdəlikdən dövlət zəmanətində alınan bir ortaqlığa çevrilmə olduğunu söyləyən Psixoloq Seyda Boybeyi, qadın və kişinin bu ortaqlıqda gözləmələrinin də fərqli olduğunu ifadə edir.
"Əvvəl məktəbini oxu, sonra evlən, uşağın olsun istəsən çalışarsan" deyə yetişdirilən qız ilə "əvvəl məktəbini oxu, əsgərə get, işini qur, əlin pul görsün, sonra evlən"deyə yetişdirilən kişinin evlənməyi xəyal etdirildikləri yaşlar bir-birinə uyğun gəlməz. Bir qadın üçün ən məhsuldar yaşlar 20-35 arası ikən kişidə bu yaş 35-50 'dir. Qadının özünü evlənməyə hazır hiss etdiyi yaşlarda, kişi hələ əsgərə getməkdə, nə maddi nə mənəvi evliliyə hazır hiss etmədiyi dövrlərdir. Evlənməsinə ən az 6 il varkən qarşısındakı qız gəlinliklə xəyallar qurmaqda, birlikdə yaşayacaqları evin nizamını planlamaqdadır. O qızı itirmək istəməməsinə baxmayaraq məntiqi başqa bir şey söyləyir kişiyə.
Qadın etibarda özünü hiss edərkən, kişi boynundan yük asılmış kimi olur ...
Dövlət zəmanətli iş ortaqlığı hissəsi əsasən qadınların özünü etibarda, kişilərinsə özlərinə boynundan yük asılmış kimi  hiss etdiyi bir vəziyyətdir. Hər iki cinsin də bu şəkildə düşünməsini təmin edəcək əlbəttə psixoloji və sosioloji alt strukturlar vardır.
Bir qız kiçik yaşlardan etibarən evlənmək və uşaq doğmaq üçün kodlanır. Kiçik qız uşaqları evcilik oynayar, körpələrini geydirər. Kişi uşaqlar isə polis, xilasetmə, həkim kimi gördükləri peşələri modelləyecək oyunlar oynayarlar. Yetkinlik yaşları da yenə iki cins üçün fərqlidir. Duyğularını kəşf edən və eşq duyğusu arxasında qaçan gənc qızlar ilə cinsiliyini kəşf edən və cinsi həzz arxasında qaçan gənc kişilər olurlar.
Qızların romantik gözləntiləri yanaşı ilə cinsi ehtiyaclarını da kəşf etməyə ümumiyyətlə 20li yaşlarda və evləndikdən sonra olarkən, kişilərdə isə əksinə əvvəl cinsi ehtiyacların doyumu sonra romantik axtarış başlar. Bu nöqtədə kişi özünü və istəklərini anlamağa başlayanda yaşı 35 olur.
Qızlar evlənməyi azadlıqla bir görürlər
Qızlar evlənənə qədər ümumiyyətlə ailəsi ilə yaşayır. Yoldaşlarından paltarına qədər hər şeyinə qarışırlar, gecə bir yerdə qalacaqlarsa yalan evdə yalan danışırlar, kişi yoldaşları ilə gediləcək tətilləri ailə həmişə 'qız qıza' bilər. Öz evinə çıxmaq isə az qala qeyri-mümkündür. Bütün ailə bu vəziyyətin olmaması üçün səfərbər olar. Gənc qız bir an əvvəl sevdiyi kişilə sərbəst ola bilmək üçün evlənib öz azadlığına sahib olmaq istər.
Evlilik, kişinin inkişaf müddətini çətinləşdirir
Kişilərdə isə vəziyyət çox fərqlidir. Kişi 'Avara Oğlan' sözünün  yaratdığı təzyiqdən başqa bir təzyiqlə qarşılaşmaz. Gecə çölə çıxması ya da hansı qadınlarla birlikdə olduğu kimi mövzular tamamilə kişinin azadlıq sahələridir. Evə gəldiyində yeməyi hazır, paltarları ütülü otağı tərtəmizdir. Gecə evə gəlməzsə 'səs-küy edən' kimsə yoxdur. Ən çox anası çox narahat olar və onu öpərək könlünü alar. Bunlara baxmayaraq tək yaşamaq istəsə öz evində çıxa bilər ailəsi yalnız darıxacaqlarını söyləyərək getməsini istəməz amma başqada problem çıxarmazlar.
Bu vəziyyətdə gənc kişi üçün inkişaf müddətini çətinləşdirən evlilik, gənc qız üçün isə özünü daha azad hiss edəcəyi bir sahədir. Qız evlənmək istər, kişi isə təxirə slar. Ən sonunda iş ayrılma ya da evlənmə nöqtəsinə gəldiyində kişi, sevdiyi insanı itirməmək üçün istəməyərək də olsa evlənməyi qəbul edər. Beləliklə bir cüt daha şirkətləşmiş olar.

Tərcümə etdi:Sadəcə Mən
(səs: 4)
Şərhlər: 3
Baxılıb: 3 015
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri