Kişilərdə Sonsuzluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 677
Səs ver:
(səs: 1)
Tərif

Cütlüklərdən təxminən 15%-i övlad sahibi olmaqda çətinlik çəkirlər. Sonsuzluq (inferilite) bir il və ya daha artıq müddət içərisində düzgün və qorunmasız şəkildə cinsi əlaqədə olunmasına baxmayaraq cütlüklərin övlad sahibi ola bilməməsidir. 35 yaşdan yuxarı cütlüklərdə bu müddət 6 ay olaraq götürülür.

Kişi sonsuzluğu sperma hazırlanmasının aşağı səviyyədə olması, qeyri-aktiv və ya pozulmuş quruluşlu spermalar və ya sperma gələn yolların tıxacı ilə bağlı olaraq meydana gələ bilər. Xəstəliklər, yaralanmalar, xroniki sağlamlıq problemləri, həyat tərzi və digər faktorlar kişilərdə sonsuzluğun meydana gəlməsinə yol aça bilər. Övlad sahibi ola bilməmək əhval düşkünlüyü və stressə səbəb olsa da, kişi sonsuzluğunun müxtəlif müalicə yolları vardır.

Simptomları

Kişilərdə sonsuzluğun əsas simptomu övlad sahibi ola bilməməkdir. Bunun, əsasən, başqa bir simptom və ya göstəricisi yoxdur. Lakin, bəzi nadir hallarda genetik keçidli hormon pozuntusu və ya sperma axmasına mənfi təsir göstərən hal, simptomlara səbəb ola bilər. Kişilərdə sonsuzluğun simptomları aşağıdakı kimidir:

    Övlad sahibi ola bilməmək;
    Cinsi funksiya pozuntuları; məsələn, orqazm ola bilməmək və ya ereksiya problemləri;
    Xayalarda ağrı, şişkinlik və ya kütlə;
    Üz və ya bədən tüklərinin azalması.

Həkimə nə vaxt müraciət edilməlidir?

    Bir il ərzində düzgün, qorunmasız cinsi əlaqədə olunmasına baxmayaraq övlad sahibi ola bilmirsinizsə;
    Ereksiya (sərtləşmə) və ya eyakulyasiya (erkən boşalma) problemləriniz varsa, cinsi istəksizlik və ya digər cinsi funksiya pozuntularınız varsa;
    Xayalarda şişkinlik, ağrı və ya kütlə varsa;
    Sperma sayı aşağıdırsa: millimetrdə 20 milyondan az;
    Keçmişdə xayanızda, prostat vəzinizdə və ya cinsiyyət orqanınızda problem olubsa;
    Qasıq, xaya, penis və ya xayalığınızda əməliyyat keçirmişsinizsə.

Səbəbləri

Kişilərdə sonsuzluq qarışıq bir prosesdir. Həyat yoldaşınızın hamilə qala bilməzi üçün onun yumurtalarına çatacaq, yumurtaya girərək onu mayalandıra biləcək sağlam və uyğun miqdarda sperma hazırlaya bilməniz lazımdır. Bunun üçün aşağıdakılar zəruridir:

Sağlam sperma hazırlanması: bunun üçün ilkin olaraq kişi nəsil artırma sistemi orqanlarının yeniyetməlik çağında sağlam böyüməsi və formalaşması lazımdır. Ən azından bir xayanız düzgün fəaliyyət göstərməlidir və bədəniniz sperma ifrazı üçün testesteron və digər hormonları təmin etməlidir.

Sperma məninin içərisinə aparılmalıdır: Sperma xayalarda hazırlandıqdan sonra məni ilə birləşərək penisdən sıçramaq üçün zərif borulara aparılır.

Toxumda kifayət qədər sperma olmalıdır: Əgər məninizdə sperma sayı azdırsa spermalardan birinin həyat yoldaşınızın yumurtasını mayalandırma şansı azalır. Aşağı sperma sayı millimetrdə 20 milyondan az sperma deməkdir.

Sperma hərəkət edə bilməsi üçün düzgün formada olmalıdır: Əgər spermaların hərəkəti və quruluşu anormaldırsa spermanın həyat yoldaşınızın yumurtasına çatması və mayalandırması çətinləşir.

Tibbi səbəblər

Kişilərdə sonsuzluq müxtəlif səhhət problemləri və ya müalicələr nəticəsində meydana gələ bilər.

    Varioksel: Varioksel xayalardakı qanı boşaldan damarların şişməsidir. Bu vəziyyət xayaların normal halda olması lazım gələn soyudulma mexanizminə mənfi təsir göstərərək sperma sayının və fəaliyyətinin azalmasına səbəb olur.
    İnfeksiya: bəzi infeksiyalar sperma ifrazını və spermaların səhhətinə mənfi təsir göstərə bilər. Bunlara misal olaraq, klamidya və gonore (bel soyuqluğu) da daxil olmaqla bəzi cinsi yolla keçən xəstəliklər, prostat infeksiyası, xaya infeksiyası, sidik yollarının və cinsiyyət orqanlarının digər infeksiyaları göstərmək olar.
    Geri boşalma: bu vəziyyət orqazm zamanı məninin penisdən boşalmaq əvəzinə sidik kisəsinə boşalmasıdır. Şəkər xəstəliyi, multipl skleroz, onurğa yaralanmaları və sidik kisəsi, prostat və sidik yollarının əməliyyatları kimi bəzi xəstəliklər buna misal ola bilər. Geri boşalma prostatın böyüməsi müalicəsində istifadə edilən dərmanlarla müalicə zamanı meydana gəlir.
    Onurğa pozğunluqları (boşalmanın olmaması): Onurğa yaralanmaları və ya bel xəstəlikləri olan kişilərdə bəzən sperma hazırlanmasına baxmayaraq boşalma olmur.
    Spermaya aid anticisimlər: Anti-sperma anticisimləri yanlışlıqla spermanı hədəf görərək onu məhv etmək üçün hücuma keçən immunitet sistemi hüceyrələridir.
    Şişlər: Xərçəng və ya xoşxassəli şişlər kişi cinsiyyət orqanlarına birbaşa və ya hormonlar vasitəsilə təsir edir. Bəzi hallarda şişin götürülməsi üçün həyata keçirilən əməliyyat nəsil artırma qabiliyyətinə mənfi təsir göstərir.
    Düşməyən yumurta: bəzi kişilərdə ana bətninə inkişaf zamanı bir və ya bir neçə yumurta kisəyə düşməyə bilər.
    Hormon pozuntuları: Sonsuzluq yumurtalıqlara aid problemlərdən və ya testosteron və digər nəsil artırma ilə bağlı hormonlara nəzarət edən beyindəki vəzilərə aid anomallıqlardan qaynaqlana bilər. Testosteron azlığı və digər hormon pozuntularında bir sıra digər səbəblər ola bilər.
    Sperma kanalının pozuntuları: spermaları daşıyan kanallar xəstəliklər və ya yaralanmalarla zərər görmüş ola bilər. bəzi Kişilər sperma toplanan nahiyədə (epididimis) və ya çölə daşıyan kanalların bir və ya birdən çoxunda tıxacla dünyaya gələ bilərlər. Kistik fibrozis və bizi digər genetik vəziyyətlərdə sperma kanalları heç olmaya bilər.
    Xromosom anomaliyaları: Klinefelter sindromu kimi genetik xəstəliklər zamanı kişi cinsiyyət orqanlarında anormal inkişaf ola bilər.
    Cinsi əlaqədə problemlər: bunlara sərtləşmənin olmaması və ya kifayət dərəcədə qorunmaması, erkən boşalma, ağrılı cinsi əlaqə və ya cinsiyyətlə bağlı psixoloji problemlər və ya cinsi əlaqə problemləri misal ola bilər.
    Qarın yatalağı: öz həssalığı olaraq da tanınan həzm sistemi xəstəliyi olan qarın yatalağı kişilərdə sonsuzluğa səbəb ola bilər. Özsüz pəhrizz ilə bir qədər sağalmaq mümkündür.
    Dərmanlar: Testosteronun yerinə qoyulması müalicəsi, uzun müddətli anabolik steroid istifadəsi (əzələlərin inkişaf etdirilməsi üçün), xərçəng müalicəsi, bəzi antibiotiklər, bəzi xora dərmanları və müəyyən digər dərmanlar sperma istehsalını pozur və kişilərdə sonsuzluğa səbəb ola bilər.

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 677
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri