Anasına bağlı kişilər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 132
Səs ver:
(səs: 5)
Anasına düşkün bir kişilə birlikdə olmanız vəziyyətində başınıza nələr gələ bilər? Qorxmayın, vəziyyət düşündüyünüz qədər dəhşətli deyil... Hər əlaqədə olduğu kimi bu əlaqənin də müsbət və mənfi yönləri var. Anasına düşkün sevgiliniz ya da bhəyat yoldaşınızı yenidən qiymətləndirmək üçün ipucları...
Anasına düşkün kişilərin yaxşı tərəfləri
Anasına düşkün kişilər, yoldaşlarına digər kişilərdən daha çox hörmət göstərərlər. Anasının ad gününü qeyd edən, nizamlı olaraq axtaran kişi bənzər maraq əlaqəsini sizə də göstərəcək.
Analarıyla hər şeyi danışan kişilər, siz daxil bütün qadınlarla sağlam ünsiyyət qura biləcəklər.
Ana quzusu kişilər ənənələrinə bağlı olar. Bu insanların anaları ənənələrini canlı tuta bilmək üçün həddindən artıq enerji xərcləyə bilər. Bu da bayramlarda anasının bütün hazırlıqları edəcəyinə sizin də daha az yorulacağınıza işarə ola bilər.
Yaxşı bu cür bir əlaqə qarşısında necə bir yol izləməlisiniz? Baxın problemin cavabları!
Anasına düşkün bir kişilə birlikdəsinizsə, əsla anasıyla rəqabət aparmağa cəhd etməyin. Ediləcək ən yaxşı hərəkət anasıyla  dost olmağa çalışmaqdır.
Həyat yoldaşınıza əsla anasının dedi-qodusunu etməyin. Əgər  anası ona sizin haqqınızda bəzi mənfi şeylər söyləyirsə, yoldaşınıza bu danışmaları sizə daşımaması lazım olduğunu xatırlatın. Onsuzda ağılı başında bir kişi arada söz daşımaz.
Öz ailə nizamınıza bir sərhəd çəkin. Anasını tək buraxmamaq üçün çalışan yoldaşınıza, sizin artıq başqa bir ailə olduğunuzu, bu səbəblə öz evinizdə birlikdə daha çox zaman keçirməniz lazım olduğunu xatırladın.
Həyat yoldaşınıza anasının psixoloji baxımdan sağlamlıqsız davrandığını izah etməyə qalxmayın. Çünki yalnış anlaşıla bilər. Enerjinizi müsbət yöndə istifadə edib anasıyla əməkdaşlıq edə bilərsiniz. Bu vəziyyətdə, anasını çox sevən yoldaşınız ya da sevgiliniz sizin də anasıyla dost olduğunuzu görüncə sizə qarşı olan maraq əlaqəsi və sevgisi daha çox artacaq.
/Mənbə: Qadınlar.biz/
(səs: 5)
Şərhlər: 3
Baxılıb: 5 132
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri