Kişilərin bədən seçimi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 16 281
Səs ver:
(səs: 4)
Kişilərin ümumiyyətlə qadınlarda açıq bədəni seçdiyi ortaya çıxdı.
Toronto Universitetində edilən bir araşdırmaya görə, kişilər "açıq bədənli" qadınları cazibədar görür.
Bunun səbəbi açıq bədənin məsumiyyət çağrışçısı olmasıdır. Elm adamları, tünd bədənli qadınları seçən kişilərin də varlığına işarə edərək bunların  təhlükəyə meylli olduğunu bildirdilər. Qadınlar isə, "seks və gücü" simvolu olduğu üçün tünd bədənli kişiləri seçir.
Elm adamları, hansı irqdən olursa olsun, kişilərin "açıq bədənli" qadınları bəyəndiyini, qadınların isə "tünd bədənli" kişiləri bəyəndiyini ortaya çıxardılar. Elm adamlarına görə kişilərin açıq bədənə meyllərinin səbəbi, açıq bədənin "məsumiyyət, saf, bakirəlik, həssaslıq və yaxşılığı" işarə etməsidir. Ancaq elm adamları, Monica Belluçi kimi tünd bədənli qadınları seçən kişilərin sayının da xeyli qabarıq olduğunu ifadə edərək bu kişilərin düşüncələrində "təhlükəyə meyl" olduğuna diqqət çəkdilər.
Toronto Universitetində edilən araşdırmaya görə, qadınların tünd bədənli kişiləri seçməsinin səbəbi isə "seks, cinsi güc, sirr, pislik və təhlükə ilə əlaqə" düşüncələridir. Dezdemonadan Nicole Kidmana qədər yüzlərlə ildir, rəssamlardan şairlərə bütün sənətçilərin açıq bədənli gözəlləri ucaltdığı bilinir.
Araşdırmaçılar, kişi və qadınlara aid 2 min reklam fotoşəkilini araşdırdıqlarında, ağ qadınların bədəninin ağ kişilərinkindən 15.2 % daha açıq olduğunu, qara qadınların bədəninin də qara kişilərinkindən 11.1 % daha açıq olduğunu kəşf etdilər. Toronto Universitetindən Sosioloq Dr. Shyon Baumanna görə "açıqlıq" və "tündlük" özlərinə xas mənalar daşıyır və adam, bu mənaları təhtəlşüurunda qarşı cinslə əlaqələndirir. Colin Farrelli Daniel Craigə ya da Monica Belluci Michelle Pfiferi seçənlər isə "təhlükəyə meyllərini" göstərirlər.

/Mənbə: Qadınlar.biz/

(səs: 4)
Şərhlər: 2
Baxılıb: 16 281
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri