Niyə oğlanlar ağlamır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 396
Səs ver:
(səs: 3)
Arzuları puç olanda.Özlərini və hisslərini ifadə edə bilmədikdə baş verənlərə ağlayaraq reaksiya verirlər.

Yaxınları vəfat edəndə.Onlar köməksiz qalacaqlarını hiss edirlər.Yaxınlarının ölümü ilə barışmaq kişilərə heç də asan başa gəlmir.Onlar uzun müddət tənhalığa qapanır,real həyatdan uzaqılaşırlar.

Eşqə düşəndə.Sevgi elə bir duyğudur ki,heç kəs ona qalib gələ bilmir.Hətta ən güclü görünənlər belə eşq qarşısında diz çökürlər.Kişilər sevdikləri insana hisslərini aça bilməyəndə göz yaşına boğula bilərlər.

Sevdiklərindən ayrılanda .Bu zaman kişilər üçün dünya bitmiş olur.Onlar bu haqda heç kəslə danışmır,özlərinə qapanırlar.Sakit bir yerə çəkilib ağlamaqla sakitləşirlər.

Ata olanda.Kişilər istədikləri qədər soyuqqanlı görünmək istəsələr də,ata olduqlarını bildikləri an sevincdən ağlayırlar.Hər kişi nəslini davam etdirəcək bir oğlu olduğunu biləndə xoşbəxt olur.

İşini itirəndə.Kişilərin işsiz qalması həyatlarında çox ciddi problemlər yaradır.Öz iş həyatını qurmaq üçün gecəsini gündüzünə qatıb əzmlə çalışan kişilər işlərini itirdikdə göz yaşlarını tökə bilərlər.

Azarkeş olduqları komanda uduzanda.Kişilər futbola vurğun olurlar.Komandalarının məğlubiyyəti onları məyus edir.Üstəlik də çarəsiz qalır və heç bir şey edə bilmirlər.Bu vaxt onlar yumruqları bərk sıxıb,gözlərindən yaş da axıda bilər.

İtləri öləndə.Kişilər sadiq heyvanın onları həyatda qeyri-şərtsiz sevən tək varliq olduğunu düşünürlər.Vəfalı dostunun yoxluğunu onlar çox pis təsir edə bilər...
(səs: 3)
Şərhlər: 0
Baxılıb: 3 396
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri