Bu sualları kişilərdən soruşmaq biabırçılıqdır...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 16 703
Səs ver:
(səs: 2)
Kişilər qadınların bu suallarını eşitmək istəmirlər...
Qadınlar.Biz saytı məsləhət edir ki, bəzi sualları verməzdən əvvəl düşünməkdə fayda var. Çünki qadınlar bəzən düşünmədən kişilərə hər ağlına gələn sualı verir. Sonra isə peşman olur və "Kaş ki o sualı” verməzdim deyir. Sonrakı peşmançılığın isə faydası yoxdur. Bunları sevgilinizdən qətiyyən soruşmayın demirik, nəyi soruşub-soruşmayacağınızı özünüz daha yaxşı bilərsiniz. Ən azından hansı sualların riskli olduqlarını bilmənizdə fayda var.
Bu geyim məni kök göstərirmi? – Qadınlar bu suallara dürüst cavab axtarmır. Bir dəqiqəliyə düşünün: "Bəli, sevgilim bu geyim səni kök göstərir. İstəyirsənsə, dəyişdir, yoxsa hər kəs sənin hamilə olduğunu zənn edə bilər” desə? Kiçik qüsurlar sizin üçün əhəmiyyətli ola bilər, kişilər isə onlara diqqət yetirmir. Adətən bütöv görüntüyə nəzər yetirirlər.
O məndən daha gözəldir? – Bu sualı sevdiyiniz kişiyə verməmək üçün özünüzü zorla saxlaya bildiyiniz anlar ola bilər. Sualı dilə gətirməzdən əvvəl iki dəfə düşünün. Sevgiliniz sizin özünüzə inamın və güvənin aşağı olduğunu düşünə bilər. Həm də unutmayın ki, kişilər adətən qadınların ayaqlarına reflektiv olaraq baxır.
Bu günə qədər neçə qadınla yatmısan? – Keçmişdə yaşadığınız cinsəl təcrübələriniz haqqında bir-birinizə yalan danışmamalısınız. Yalan danışsanız, münasibətlərinizin təməli sağlam qurulmayacaq. Lakin sevdiyiniz kişinin bu vaxta qədər nə qədər qadınla yatdığını bilmək istəyi, filmi xoşbəxt sonluqla bitirməyə bilər. Qadinlar.Biz
Hazırda nə düşünürsən? – Üzünə diqqətlə baxandığınız sevgilinizin dərin düşüncələrə daldığını düşünməyin. Bəlkə də qarın sancısı var. Ya da axşamkı oyunun necə bitəcəyini, maşınını təmirə aparmalı olduğunu düşünür. Bu sualı soruşanda çox gümanki aldığınız cavab "heç” olacaq. Kişilər detallara sizin qədər dərin varmır.
Münasibətlərimiz hara gedir? - Sevdiyiniz kişinin əlinizdən sabun kimi axıb getməsini istəmirsinizsə, bu sualı soruşmayın. "Münasibətlərimizin sonu necə olacaq” sualı "Hər şey mənim istədiyim kimi olacaq” cümləsi ilə eynilik təşkil edir.
Mənə təcili olaraq gedib bez ala bilərsən? - Sevgiliniz sizin insan olduğunuzu və təcili ehtiyaclarınızın ola biləcəyini bilir. Ancaq bu sualı mümkün olduğu qədər gec, yəni, münasibətlərizin təzə-təzə başladığı vaxtlarda verməməyə çalışın. Çünki aranızdakı romantizmin və cazibənin yox olmasına səbəb ola bilər.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 16 703
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri