Kişilərdən münaqişəsiz ayrılmağın üsulları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 410
Səs ver:
(səs: 1)
Oğlanla çoxdan görüşürsənsə ona ayrılmaq istədiyini necə izah edəsən? Bəzən olur ki, əvvəllər sənə çox maraqlı olan insana get-gedə marağın itir.

Ən pisi isə budur ki, oğlan bu vəziyyətdən nəinki inciyəcək, hətta izahat tələb edəcək. Buna görə də aşağıda yazılanlara diqqət yetirməlisən.

    Oğlana həddindən artıq çox nəvaziş göstər. Onu mütəmadi olaraq pis qidalandığına, yüngül geyindiyinə, vaxtında yatmadığına görə danla. Ona hansı filmə baxmalı, internetdə nə qədər oturmalı olduğuna göstəriş ver. Səhərlər idman edib etmədiyinə nəzarət et;
    Daima onu idarə etməyə çalış. Hara, kiminlə, nə üçün getdiyini xəbər al. Tez-tez "məni sevirsənmi?” sualı ilə onu təngə gətir. Telefonunda yoxlama keçirərək kiminlə yazışdığını yoxla. Ən sonda isə mütəmadi olaraq "sən məni heç sevmirsən” deyib ağlaşma qur;
    Onunla görüşdüyünüz zaman neçə uşağınız, necə eviniz olacağı haqda söhbət sal. Ona qarşı tələbkar ol.
    Əgər oğlan bundan sonra da sənin yanında qalmaq istədiyini bildirsə, o zaman onu əldən vermə. Bəlkə o sənin taleyindir?
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 410
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri