Kişilərdə seksual görünmək istəyir...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 8 434
Səs ver:
(səs: 1)
Qadınlar gözəl görünmək üçün qurban verməyə hazır olur və buna artıq öyrəşmişik. Bəs kişilərin əməliyyat etməsinə necə baxırsınız?
Aparılan araşdırmalar göstərir ki, estetik əməliyyatdan sonra insanın özümə olan inamı qat-qat yüksəlir. Bir insanın özünü gözəl və gənc hiss etmək istəməsindən təbii heç nə yoxdur. Kişilərin və qadınların da bərabər hüquqlu oluduğunu nəzərə alsaq, onların da gözəl görünmək istəmələri sizcə təbii deyil?
Qadınların kişilərə gözəl görünmək və özlərini onlara bəyəndirmək üçün əziyyət çəkdikləri nə qədər normal qarşılanırsa, kişilərin də buna kifayət qədər haqqı var. Artıq kişilər də qadınlar qədər xarici görünüşlərinə vaxtını və pulunu xərcləyirlər. Kişilərin ən çox müraciət etdiyi əməliyyatlara: baldır protezi, burun əməliyyatı, üz gəncləşdirmə, döş əməliyyatı və piylərin alınması daxildir. Düşünüldüyünün əksinə olaraq kişi cinsiyyət orqanının böyüdülməsi o qədər də edilmir.
Kişilərin burun əməliyyatı etdirmələrinin ən böyük səbəbi nəfəs almada çətinlik çəkmələridir. Bundan əlavə əyri və uzun burundan da böyük məmnuniyyətlə xilas olmağa razı olurlar. Bəzi qadınlar iri sümüklü burnun kişini daha xarizmatik göründüyünü düşünür. Lakin balaca burnu xoşlayan qızlar da az deyil.
Kişilərin estetik əməliyyat zamanı ən həssas olduğu məqam təbiilikdir. Estetik əməliyyat etdirdiyini etiraf etməyi xoşlamayan kişilər saç əkdirmək üçün həkimlərə çox tez-tez müraciət edirlər. Bunu isə gizli saxlmaq mümkün deyil. Halbu ki, qadınlar keçəl kişiləri də çox xoşlayırlar.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 8 434
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri