Kişilər, kəmərinizi möhkəm sıxmayın, yoxsa...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 009
Səs ver:
(səs: 1)

Möhkəm sıxılan kəmər yemək borusu və qırtlaq xərçəngi riskini artırır. Qadinlar.Biz-in Türkiyə mətbuatına istinadən bildirir ki, Şotlandiyada Qlasqov Universitetində aparılan araşdırmada bu qənaətə gəliblər.

Kennes Makkol və heyətinin çalışması nəticəsində artıq çəkili adamların kəmərlərini "1 deşik boş buraxmasının" yemək borusu və qırtlaq xərçəngi riskini azaltdığı müəyyən olunub. Araşdırma zamanı iştirakçıların yeməkdən sonra mədə turşusunun miqdarı ölçülüb. Nəticələr kəmərin çox sıxılması və ya boş buraxılması hallarıyla qarşılaşdırılıb. Xüsusən kök insanlarda kəmərin möhkəm sıxılıb bağlanması mədə və yemək borusu arasındakı hissəni sıxır və mədənin ifraz etdiyi turşu yemək borusuna qalxır.

Alimlər mədə turşusunun xərçəngə meyilli qida borusu hüceyrələrinə zərər verərək göynəmələrə, zaman zaman da xərçəngə səbəb olacağını deyiblər.                      

(səs: 1)
Şərhlər: 6
Baxılıb: 6 009
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri